“Yuxarı siniflərdə, təəssüf ki, davamiyyətlə bağlı problem yaşanır”.
Ednews xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.Onun sözlərinə görə son iki həftə ərzində məktəblərdə monitorinq keçirilib və davamiyyətlə bağlı nöqsanlar aşkar edilib:
“Bununla bağlı ciddi xəbərdarlıqlar edilib. Monitorinqlər davam etdiriləcək.”, - deyə o bildirib.