Gənc oğlan xalası qızının sevgilisini bıçaqladı – TƏFƏRRÜAT

Cəmiyyət 15:05 11.03.2024

Bakının Xətai rayonunda 1992-ci il təvəllüdlü Cavid xalası qızı Səbirənin sevgilisi Familə (adlar şərti verilib - red.) xəsarət yetirib. 

Ednews  “demokrat.az”a istinadən xəbər verir ki, Cavid 7 aprel 2023-cü ildə, saat 23:00-da Xətai rayonu, Telnov küçəsində fəaliyyət göstərən restoranın 7 nömrəli otağında Famillə onun ailəli olan xalası qızı Səbirə arasında sevgi münasibətlərinin olmasından şübhələnib.  

O, Familin sifət nahiyəsinə bıçaqla, baş nahiyəsinə isə bıçağın arxa hissəsi ilə zərbələr vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.  

Hadisəni törədən Cavidin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, cinayət hadisəsi onun evli olan xalası qızı Səbirəyə görə baş verib: 

“Zərərçəkmiş şəxs Famil mənim xalam qızının qayınanasının iş yoldaşıdır. Famil xalam qızı Səbirəyə ərindən ayrılmağını, özünün də arvadından ayrılacağını bildirib, Səbirə ilə birlikdə ailə həyatı qurmağı təklif edib. Səbirə isə Familin bu təklifini rədd edib və mənə bu barədə məlumat verib.
Mən Familin Səbirəyə bu cür təklif etdiyini öyrəndikdən sonra ona zəng etdim. Onu kafeyə görüşə çağırdım. Familə onun evli olmaqla, uşaqlarının olduğunu bildirdim. Ona xalam qızı Səbirəyə evlilik təklifi etməkdə məqsədinin nə olduğunu soruşdum. Famil isə öz arvadından boşandıqdan sonra Səbirə ilə evlənəcəyini dedi. Buna görə də əsəbiləşərək Famili bıçaqla vurdum. Çünki xalam qızı Səbirənin Famillə ailə həyatı qurmaq fikri olmayıb. Səbirəyə bu təklifi Famil edib”. 

Məhkəmədə zərərçəkmiş qismində ifadə verən Familin sözlərinə görə, Səbirənin qayınanası Lətifə onunla birlikdə çörək sexində işləyib: 

“Bəzi hallarda Səbirənin qayınanasının mobil telefonu üzərində olmadıqda, onun telefonu ilə öz gəlini Səbirə ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb. Lakin heç vaxt Səbirənin özü ilə danışmaq üçün onunla əlaqə saxlamamışam”.  

Zərərçəkmiş hadisə ilə əlaqədar bildirib ki, təqsirləndirilən Cavid onunla zəngləşib və görüşmək istəyib: 

“Mən də Cavidlə görüşmək qərarına gəldim. Mənimlə Cavidin arasında yanlış anlaşılma olub. Ona görə də biz həmin yanlış anlaşılmanı aydınlaşdırmaq üçün görüşdük. Biz görüşdüyümüz zaman Cavid mənə guya Səbirəni istədiyimi, ona görə də Səbirəni həyat yoldaşından boşandıraraq evlənəciyim kimi fikirlərim olduğunu bildirdi. Lakin Cavidə belə bir məsələnin olmadığını izah etdim. Sadəcə olaraq həmin an hər ikimiz də əsəbi olduğumuzdan bir-birimizi başa düşə bilmədik. Nəticədə Cavid mənə bıçaqla xəsarət yetirdi”.  

Məhkəmədə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədən məlum olur ki, Cavidi təxminən iki ilə yaxındır tanıyır: 

“Cavidin xalası qızının qayınanası onun əvvəllər işlədiyi Günəşli qəsəbəsində yerləşən restoranda işləyib. Mən həmin gəlini də dəfələrlə görmüşəm. Həmin gəlinin telefon nömrəsi də məndə olub. Çünki qayınanasının telefonu olmadığından öz gəlini ilə mənim telefonumla əlaqə saxlayıb. Cavidin xalası qızı ilə mənim aramda heç bir sevgi və məhəbbət kimi ülvi hisslər, yaxud həmin tipli söhbətlərimiz, yazışmalarımız olmayıb”.  

Zərərçəkmiş qeyd edib ki, 7 aprel 2023-cü ildə, axşam saat 20:00-da Cavid onun istifadəsində olan nömrəyə zəng edib və onunla Əhmədli qəsəbəsində yerləşən restoranda görüşmək istədiyini bildirib: 

“Mən də Cavidlə razılaşdım. Sonra biz həmin gün saat 23:00-da restoranın 7 saylı kabinetində görüşdük. Görüş zamanı Cavid xalası qızı Səbirə ilə sevgi münasibətimdə olub-olmadığımı soruşdu. Mən Cavidə belə bir şeyin olmadığını dedim. Sonra Cavid mənə elə bir söhbət eşitdiyini bildirdi.

Mən isə - “elə bir söhbət olsaydı, mən boşanardım və onunla evlənmək qərarı verərdim”, - dedim. Cavid məndən evli olub-olmadığımı soruşdu. Mən də evli olduğumu dedim. Daha sonra Cavid mənə kəlləsi ilə sifət nahiyəmə, daha sonra bıçaqla qarın və bədənimin digər nahiyələrinə vurdu. Bundan sonrasını xatırlamıram”. 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cavid 6 il müddətinə azadlıqdan məhrum edilib.  

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

“Bir millət – çox dövlət: Türk Dünyası nə istəyir? -Analitik Baxış
15:01 04.07.2025
“Gözəgörünməz düşmən ilə mübarizəmiz hələ də davam edir” - BAMF rəsmisi
14:59 04.07.2025
Bu şəxslər Azərbaycanı tərk etməlidirlər
14:45 04.07.2025
Almaniyanın biznes elitası Avropa Komissiyasına təzyiq göstərir
14:30 04.07.2025
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
14:15 04.07.2025
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır
14:00 04.07.2025
Prezident İlham Əliyev və Pakistanın Baş Naziri Xankəndidə görüşdü
13:55 04.07.2025
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
13:45 04.07.2025
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
13:20 04.07.2025
Prezidentlər Xankəndidəki “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar
13:05 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
13:01 04.07.2025
Çində Şanxay Əməkdaşlıq Təşkilatının xalq diplomatiyası forumu keçirilir
12:49 04.07.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
12:34 04.07.2025
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq qalasında olublar
12:19 04.07.2025
"Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək" -Paşinyan Trampa mesaj verdi
12:04 04.07.2025
Pakistanın Baş naziri Xankəndiyə gəlib
11:49 04.07.2025
Seyran Ohanyanın toxunulmazlığı ləğv olunan bilər
11:48 04.07.2025
"Nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk"
11:20 04.07.2025
Adını dəyiş, məsələ bitsin Xanəmir Telmanoğlu yazır...
11:04 04.07.2025
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
11:02 04.07.2025
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
10:24 04.07.2025
HƏMAS atəşkəsə razıdır
10:19 04.07.2025
İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib
10:16 04.07.2025
Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlib
09:55 04.07.2025
Tacikistan Prezidenti Azərbaycana gəlib
09:38 04.07.2025
ÜST alkoqol, siqaret və qazlı içkilərin qiymətini artırmağa çağırdı
09:31 04.07.2025
"Beynəlxalq Kosmik Stansiyanı təqaüdə göndərməyin vaxtıdır"
09:16 04.07.2025
Yaddaşı və diqqəti yaxşılaşdırmağın ən sadə üsulu açıqlandı
09:10 04.07.2025
Messi "İnter Mayami"də qala bilər
09:01 04.07.2025
Dəniz dibinə "mikroskoplu çamadan" endirildi
08:46 04.07.2025
Suriyanın gerbi dəyişdirildi
08:31 04.07.2025
Cənubi Koreyada yeni baş nazir təyin edildi
08:12 04.07.2025
"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
Hamısı