“Azərbaycanın 30 milyard kubmetr su ehtiyatı 17 milyard kubmetrə düşüb Təxminən 8 milyard da yeraltı su ehtiyatlarımız var. Bunun da bir hissəsi Qarabağdadır”.
Ednews xəbər verir ki, bu sözləri Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov jurnalistlərə açıqlamasında deyib.
Onun sözləriinə görə su ehtiyatlarının ölçülməsi çox vacib məsələdir:
“Təssüflər olsun ki, buna son illərdə az diqqət yetirmişik. Yeni strategiyamız həm yeraltı, həm də yerüstü suları təhlil edib düzgün analiz aparmaqdır. 2022-ci ildə yerüstü su ehtiyatları 17 milyard kubmetr olub. Bu da çoxillik və çoxsululuq dövrünə görə 43 faiz daha azdır. İnanırıq ki, Azərbaycanda formalaşan yerüstü və yeraltı su ehtiyatlarının maksimum formalaşmasına nail olacağıq”.