Umud Mirzəyev: “Xalqımıza qarşı törədilən soyqırımların hər biri bəşəri faciədir”

Cəmiyyət 12:14 31.03.2024

“Azərbaycan xalqının tərcümeyi-halında insanlarımızın kütləvi qırğına məruz qaldığı çoxsaylı qara günlər var. Bunun tarixçəsi 150 il öncəyə gedib çıxır”.  

Bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev ermənilərin bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım barədə Ednews-a danışarkən bildirib.

“Bu faciəli günlərdən biri görkəmli yazıçı, dramaturq, nasir və ictimai xadim Cəfər Cabbarlının “1905-ci il” əsərində təsvir olunur. Həmin əsərdə məşhur “Atan kazaklardır” ifadəsi var. Hadisələr Tuğ kəndində cərəyan edir. Mən o kəndi yaxşı tanıyıram. Azıx mağarasına yaxın, ən qədim kəndlərimizdən biridir”. 

U.Mirzəyev, həmçinin Ağdərə rayonunun Umudlu kəndində ermənilərin törətdiyi soyqırımı xatırladıb:

“Umudlu faciəsi əsrin ilk soyqırımı idi. Ermənilərin Azərbaycana qarşı apardıqları növbəti torpaq iddiaları zamanı Qarabağın bir neçə kəndi təmamilə dağıdıldı, 350 nəfər kənd sakini vəhşicəsinə qətlə yetirildi. Onlardan 160 nəfər sakini qapalı yerə yığaraq od vurub yandırıblar. Hesab edirəm ki, Umudlu faciəsi haqda biz tez-tez danışmalıyıq”. 

O qeyd edib ki, xalqımıza qarşı törədilən soyqırımların hər biri insanlıq adına ləkə olmaqla bəşəri faciədir. 

“1918-ci il mart-aprel hadisələri zamanı Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlıları tərəfindən 12 min insanın həyatına son qoyuldu. Bakının özündə Çəmbərəkənd qəbiristanlığı bütünlüklə mart şəhidlərinin məzarlığına çevrilmişdi. Təəssüf ki, bu qırğınları törədən kazakların dəstəyilə Sovetlər dövründə Çəmbərəkənd böyük bir parka çevrilmişdi”. 

U. Mirzəyev vurğulayıb ki, illərlə həyata keçirilən bu böyük siyasətin nəticəsində Xocalı faciəsi bizim başımıza gəldi.

“30 il bundan öncə Qaradağlı, Ballıqaya, Cəmilli faciələrini yaşadıq. Şükürlər olsun ki, bu gün torpaqlarımızı azad etmişik. Şəhidlərimizin ruhu azacıq da olsa dinclik tapır indi. Biz artıq güclü orduya malik müstəqil və etibarlı bir dövlətin vətəndaşlarıyıq”.   

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyində ədəbi-bədii təqdimat keçirilib
14:39 02.06.2025
"Fənərbağça" 30 milyonunu hazırladı: dünya ulduzunu transfer edəcək
14:32 02.06.2025
İranın Azərbaycandakı yeni səfiri seçilib
14:30 02.06.2025
Paşinyana qarşı cinayət işi açıla bilər?
14:26 02.06.2025
Rumıniya şirkəti SOCAR ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır
13:56 02.06.2025
Paşinyan Ermənistanın polis rəisini istefaya göndərdi
13:22 02.06.2025
Fransa Ermənistanda fəxri konsulluq açdı – Səfirin davranışı gündəmə düşdü
13:15 02.06.2025
Pekin Vaşinqtonu razılaşmanı pozmaqda ittiham etdi
13:03 02.06.2025
May ayında Azərbaycanda 7 min hektardan çox ərazi minalardan təmizlənib
12:59 02.06.2025
Türkiyə-Azərbaycan-Gürcüstan-Bolqarıstan Elektrik Birləşdirici Xətti Layihəsi Hazırlanacaq
12:51 02.06.2025
Çexiya şirkəti Azərbaycanın enerji bazarına modul kogenerasiya qurğuları təklif edir
12:35 02.06.2025
Ərdoğan Bakı Enerji Həftəsinin açılışına mesaj göndərdi: “Əməkdaşlığımız Avropaya uzanır”
12:16 02.06.2025
Tramp ad günü üçün fantastik məbləğ xərcləyəcək
12:11 02.06.2025
Bahar Muradova: Azərbaycanda uşaqlar hələ də partlamamış mina təhlükəsi ilə üzləşirlər
11:35 02.06.2025
Vensan Abubakar “Qarabağ”a görə Türkiyə klublarını rədd etdi
11:20 02.06.2025
"Bayden 2020-ci ildə edam edildi, klonlarla əvəz olunub"
11:02 02.06.2025
ABŞ İrana qarşı sanksiyaların tətbiqini dayandırdı
10:42 02.06.2025
Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlar aparmaq üçün İstanbula gəlib
09:36 02.06.2025
Tramp və nümayəndəsi Putinin Ukrayna ilə bağlı mövqeyini anlayışla qarşılayırlar
09:28 02.06.2025
Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik etdi
08:24 02.06.2025
Kovalenko: Rusiya strateji bombardmançılarını bərpa edə bilməyəcək
08:03 02.06.2025
Böyük Britaniya 12 nüvə sualtı qayıq inşa edəcək
05:29 02.06.2025
Hokkaydo adasında 6,1 bal gücündə zəlzələ baş verib
05:19 02.06.2025
Aqressiv beyin xərçənginin müalicəsində irəliləyiş əldə olunub
04:13 02.06.2025
Polşada prezident seçkilərində müxalifətin namizədi qalib gəldi
03:24 02.06.2025
Almaniyada xəstəxananı yandıran 72 yaşlı kişi saxlanılıb
20:57 01.06.2025
World Boxing-dən Məcburi Gender Testi Qərarı: İdmanda Yeni Mübahisə
13:07 31.05.2025
Simonyanın “300 min azərbaycanlı” açıqlaması Ermənistanda narahatlıq doğurub
13:01 31.05.2025
Bakı-Vaşinqton təmasları intensivləşir: ABŞ Azərbaycanın strateji rolunu tanıyır
12:55 31.05.2025
“Uitkoff planı” rədd edilsə, HƏMAS tamamilə məhv ediləcək"
11:47 31.05.2025
ABŞ Ukraynanı Rusiya ilə danışıqlarda iştiraka məcbur edə bilər
11:39 31.05.2025
"Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib "
10:50 31.05.2025
Senator Stiv Deyns Bakı-Yerevan sülh prosesinə ABŞ-ın dəstəyini bir daha ifadə etdi
10:21 31.05.2025
Azərbaycan və Dominikan Respublikası arasında diplomatik təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
10:17 31.05.2025
Ukrayna Türkiyədən hava hücumundan müdafiə sistemləri istədi
10:16 31.05.2025
"Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj gəlib
10:10 31.05.2025
Can Pyero Qasperini "Roma"da
09:48 31.05.2025
"Fənərbaxça" iki ulduz futbolçu ilə yollarını ayırdı
09:11 31.05.2025
Bazarda keyfiyyətsiz günəbaxan yağları: Bu markalara diqqət edin!
09:05 31.05.2025
Türkiyə və Gürcüstandan olan din xadimlərinin Şuşaya səfəri başlayıb
09:04 31.05.2025
Hamısı