Ombudsman psixiatriya xəstəxanalarında aşkarlanan nöqsanları aşkarlayıb

Cəmiyyət 11:55 01.04.2024

“Səhiyyə Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilən layihələr sayəsində ölkəmizdə psixi sağlamlıq sistemindəki çatışmazlıqların dəqiq və aydın mənzərəsinin əldə edilməsinə imkan yaranıb. Hesab edirəm ki, toplanmış məlumatlar əsasında Psixi Sağlamlıq Sahəsində Milli Strategiyaya da yenidən baxılması məqsədəmüvafiq olardı”.

Ednews  xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həyata keçirilən monitorinqlər, psixiatriya xəstəxanalarında müalicə alan müharibə iştirakçıları ilə aparılan fərdi söhbətlər və araşdırmalar onu göstərir ki, bu kateqoriyadan olan pasiyentlər müəssisədə olduqları müddətdə dövlət hesabına dərman preparatları ilə təmin edilsələr də, evə yazıldıqdan sonra bəzi hallarda onlara müvafiq preparatların pulsuz verilməsi dayandırılır:

“Həmin preparatlar psixotrop xarakter daşıdığından və kifayət qədər maddi vəsait tələb etdiyindən pasiyentlər ya həmin dərmanları sonradan ala bilmir, ya da yalnız bir qismini əldə edə bilir. Nəticədə müalicə sona çatdırılmır. Bu baxımdan, Vətən Müharibəsi iştirakçısı olmuş, müvafiq psixiatriya müəssisələrində qeydiyyatda olan, əlilliyi olmayan, müalicə alan pasiyentlərin psixiatriya müəssisələrini tərk etdikdən sonra da dövlət hesabına müvafiq dərmanlarla təmin edilməsinə ehtiyac olduğu vurğulanmalıdır”.

Səbinə Əliyeva, həmçinin deyib ki, bununla yanaşı psixiatriya xəstəxanalarında müalicə alan müharibə iştirakçıları ilə aparılan görüşlər, habelə Ombudsmana edilən müraciətlərin və mediada dərc olunan məlumatların təhlili həmin şəxslərin bir qisminin əlilliyin müəyyən edilməsi ilə bağlı problemlərlə üzləşdiyini də göstərir:

“Müəssisələrdə sıxlıq problemi başçəkmələr zamanı aşkar etdiyimiz problemlər sırasındandır. Belə ki, günü-gündən əhalisinin sayı artan paytaxt Bakı şəhərində yalnız bir psixiatriya xəstəxanasının mövcudluğu, habelə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının paytaxtla yanaşı respublikanın digər bölgələrindən də xəstələri qəbul etməsi həmin xəstəxanalarda sıxlığa səbəb olur.

 

Aparılan təhlillər onu göstərir ki, həm paytaxtda, həm də bölgələrdə ixtisaslaşmış psixiatriya xidməti göstərə biləcək kadrların çatışmazlığı problemi də mövcuddur. Xüsusilə dövlət xəstəxanalarında əməkhaqqının aşağı olması səbəbindən psixiatr azlığı müşahidə olunmaqdadır. Məsələnin ciddiliyini göstərən digər məqam isə Tibb Universitetini bitirən şəxslərin peşə seçimində psixiatr ixtisasına o qədər də maraq göstərməməsidir. Qeyd edilən problem həm psixiatriya müəssisələri, həm də narkoloji müəssisələr üçün aktualdır.

Yeri gəlmişkən, konkret sahə üzrə ixtisaslaşmış psixiatrlarla yanaşı, hərbi, uşaq psixiatrlarına da ehtiyacın olduğunu vurğulamaq lazımdır.

Müşahidə və araşdırmalar göstərir ki, psixiatriya xəstəxanalarında bir qayda olaraq, farmakoterapiya ilə məhdudlaşan müalicə tətbiq edilir. Xarici ölkələrin müsbət təcrübəsi və müasir yanaşmalar nəzərə alınmaqla izolyasiya təcrübəsindən tədricən imtina edilməsi, icma əsaslı xəstəxanaların, müalicə-istehsal sahələrinin yaradılması, əmək reabilitasiyası təcrübəsinin tətbiqi tərəfimizdən tövsiyə olunur.

Təəssüf ki, bir sıra psixiatriya xəstəxanalarında, xüsusilə regionlarda yerləşən müəssisələrdə maddi-texniki baza və şəraitlə bağlı nöqsanlar mövcuddur ki, onların aradan qaldırılması məqsədi ilə tərəfimizdən müvafiq təklif və tövsiyələrlə Səhiyyə Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət edilib”.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

İranda "Mossad"ın dron anbarı aşkar edildi
17:13 23.06.2025
Zelenski Böyük Britaniyaya getdi
17:09 23.06.2025
“Rusiyanın mübarizəsi öz gələcəyi uğrundadır”
17:00 23.06.2025
Fars körfəzində nəhəng tıxac yaranıb
16:56 23.06.2025
Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
16:54 23.06.2025
"Bakının möhtəşəm memarlığı var"
16:51 23.06.2025
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
15:54 23.06.2025
Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu
13:28 23.06.2025
"ABŞ İrana endirilən zərbə ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşməyib"
12:54 23.06.2025
"ABŞ-nin aqressiyası münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır"
12:49 23.06.2025
İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
12:10 23.06.2025
İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
Hamısı