Milli Məclisinin deputatı Elman Mammadov Xocalı soyqırımı qurbanlarından olan 7 nəfərin nəşinin qalıqlarının Xocalı Şəhidlər xiyabanında dəfn edilməsində iştirak edib.
Ednews xəbər verir ki, o dəfn mərasimində bu fikirləri səsləndirib:
“32 il itkin düşən şəhidlərimizin cənazələrini aparırıq doğma Xocalımıza. Yəni bu, cənab prezidentimizin apardığı çox uğurlu siyasətin, fəaliyyətin nəticəsidir. Düşməndən, soyqırımı törədən vəhşilərdən azad olunmuş Xocalımızda bu gün şəhidlərimizin dəfn mərasimindəyik.
Xocalıda bu gün 200 nəfərə qədər insanın hələ taleyi məlum deyil. Bu soyqırımı törədənlərə havadarlıq edən, onların əməllərinə haqq qazandıran Makron və onun kimiləri xəcalət çəksinlər. Onlar da bu cinayətkarlarla birlikdə bu cinayətdə məsuliyyət daşıyırlar. Lənətləyirik onları”.
Bu haqda video süjeti təqdim edirik: