Aprelin 4-də Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günündə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev Ağdam Mexaniki Suvarma İdarəsi ziyarət edib.
Ednews xəbər verir ki, U.Mirzəyevi Ağdam Mexaniki Suvarma İdarəsinin müdiri Hafiz Əzimzadə qarşılayıb.
Fond rəhbəri ölkəmizdə mövcud olan mina problemlərindən bəhs edib:
“Ölkəmiz dünyada mina və partlamamış hərbi sursatlarla çirklənməyə görə ilk onluqda yer alır. Vətəndaş cəmiyyətinin nümayəndələri ilə birgə əlimizdən gələni edirik və bundan sonra da edəcəyik. Çünki uzun illərdən sonra erməni işğalından azad edilmiş yurd yerlərinə məcburi köçkünlərimizin böyük köçü başlayıb. Bu problem ölkəmiz üçün də ciddi məsələdir”.
Daha sonra onlar işğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma prosesindən, fəaliyyətlərdən danışılıb.
Bundan başqa BAMF-ın qadın mina axtaranlar komandasından da çıxış edənlər olub. Onlar vətəndaşları mina problemi ilə bağlı maarifləndirib, məlumat veriblər.
Daha ətraflı video süjetdən izləyə bilərsiniz:
Oğuz