Azərbaycanın mina problemi niyə beynəlxalq müstəvidə müzakirə olunmur? - BMT təmsilçisi ilə MÜSAHİBƏ

Cəmiyyət 14:39 17.04.2024

Azərbaycanda mina terrorunun qurbanları hər keçən gün artır. 30 illik işğal dövründə tarixi torpaqlarımızda Ermənistan silahlı birləşmələri tərəfindən 1,5 milyondan artıq mina basdırılıb.

Ednews Report-a istinadən yazır ki, Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində erməni separatçıları Qarabağda 500 min mina basdırıblar. Ermənistan tərəfindən davam etdirilən mina təhdidi nəticəsində ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub.

Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu gün minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkənin daxili resursları hesabına aparılır. Təəssüflə qeyd etməliyik ki, minalardan ən çox zərər çəkən ölkələrdən biri olmağımıza baxmayaraq, Ermənistanın mina təhdidinin qınanılması, bu ölkə tərəfindən dəqiq mina xəritələrinin Azərbaycan tərəfinə təqdim olunması, eləcə də mina təhdidinin aradan qaldırılması istiqamətində beynəlxalq ictimaiyyətin dəstəyi ürəkaçan deyil. Bunu demək kifayət edir ki, 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə müxtəlif ölkələrdəki vəziyyətlə bağlı beynəlxalq təşkilatlar və birbaşa dünyanın dörd yanında minaların təmizlənməsi fəaliyyətləri ilə məşğul olan qurumlar tərəfindən çağırışlar olunsa da, Azərbaycandakı vəziyyətlə bağlı heç bir mesaj paylaşılmadı.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Minalardan Təmizləmə Xidmətinin (UNMAS) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Li Vudyear (Lee Woodyear) "Report"un ABŞ bürosuna açıqlamasında bildirib ki, UNMAS münaqişədən sonra minalanmış ərazilərdə qiymətləndirmə apararaq BMT-nin İnkişaf Proqramının (BMTİP) vasitəsi ilə Azərbaycan hökumətinin minalarla mübarizə səylərinə dəstək verməsini tövsiyə edib. L.Vudyear qeyd edib ki, yaxın gələcəkdə UNMAS-ın Azərbaycanda minatəmizləmə fəaliyyətini bərpa etmək planı yoxdur: "Biz hesab edirik ki, BMT-nin müvafiq qurumu olan BMTİP prosesi dəstəkləyir. Azərbaycan hökumətinin minatəmizləmə əməliyyatları ilə bağlı səylərini barəsində ətraflı məlumatımız olmasa da, işlərin yaxşı getdiyini bilirik".

BMTİP-in bölgədəki fəaliyyətləri barəsində isə demək olar ki, xarici mediada heç bir məlumat yoxdur. Bəs görəsən, bu gün dünyada Ukraynadan sonra ən çox minalardan əziyyət çəkən bir ölkəyə BMT-nin münasibəti niyə qənaətbəxş deyil?

Mövzu ilə bağlı BMTİP rəsmilərinə suallar ünvanladıq. İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvoya ünvaladığımız sorğuya bir neçə həftədən sonra cavab aldıq. Bu, mövcud problemə yanaşmanın bariz göstəricisi sayıla bilər.

Sual-cavabı təqdim edirik:

- Azərbaycan hazırda Ermənistanın 30 illik işğalı zamanı bölgədə basdırdığı minalar səbəbi ilə ekoloji böhranla üz-üzədir. Təəssüf ki, Ermənistanın miras buraxdığı minaların partlaması nəticəsində həmin ərazilərdə demək olar ki tez-tez çoxlu sayda mülki şəxs, o cümlədən hərbi qulluqçular həyatını itirir. Hətta bizim iki həmkarımız Qarabağda jurnalist fəaliyyətlərini yerinə yetirərkən mina partlaması nəticəsində həlak olublar. Ərazilərin minalardan təmizlənməsi üçün BMTİP tərəfindən həyata keçirilmiş və hazırda davam etdirilən fəaliyyətlər barədə nə deyə bilərsiniz?

- Qarabağ bölgəsində geri qaytarılmış ərazilərin mina/müharibənin partlayıcı qalıqları (ERW) ilə çirklənməsi regionda bu problemi əhəmiyyətli dərəcədə kəskinləşdirib. BMTİP Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) institusional və əməliyyat imkanlarını inkişaf etdirmək, eləcə də proqram, texniki və resurs səfərbərliyə dəstəyini təmin etməkdə davam edir. Dəstəyə risk təhsili kampaniyası olmaqla 120.000 partlayıcı risk üzrə maarifləndirici broşura, ölkədə ilk minatəmizləyici qadınların təlimi və işə götürülməsi, 100 min hektar ərazinin minalardan təmizlənməsi və 176 min insanın minalarla mübarizə proqramlarına cəlb olunması daxildir.

- Mən BMT-də fəaliyyət göstərən jurnalistəm və qurumun fəaliyyətini yaxından izləyirəm. Təəssüflə qeyd etməliyəm ki, təşkilatın rəsmiləri və eləcə də BMT Baş katibinin sözçüsü tərəfindən gündəlik mətbuat konfranslarında müxtəlif ölkələrdəki vəziyyət, o cümlədən Ukraynada mina problemləri ilə bağlı tez-tez bəyanatlar verilsə də, Azərbaycanla bağlı bunu görə bilmirik. Baxmayaraq ki, hazırda Azərbaycan Ukraynadan sonra ən çox minalarla çirklənmiş ölkədir. Nə üçün təmsil etdiyiniz təşkilat bu hərbi cinayəti pisləyən heç bir rəsmi bəyanat vermir və nə üçün beynəlxalq medianı BMTİP-in minatəmizləmə səyləri ilə bağlı fəaliyyətlər barədə məlumatlandırmırsınız?

- Bizim məqsədimiz mina və partlamamış hərbi sursat təhlükəsindən azad olan dünya qurmaqdır və biz bütün dövlətlərin Minaların Qadağası Konvensiyasına qoşulmasını, ona əməl etməsini tövsiyə edirik.

- Ermənistan Azərbaycanın işğaldan azad edilmiş rayonlarında basdırdığı minaların xəritələrini paylaşmaqdan imtina edir və rəsmi məlumatlara görə, Qarabağın minalardan təmizlənməsinin ən azı 10 il çəkəcəyi təxmin edilir. BMTİP dəqiq xəritələr əldə etmək üçün erməni tərəfi ilə əlaqə saxlamağa cəhd edibmi?

- Münaqişədən sonrakı vəziyyətlərdə aidiyyəti tərəflər minaların təmizlənməsini asanlaşdırmaq, daha çox insan tələfatının və xəsarətlərin qarşısını almaq və həyatın normal vəziyyətə qayıtmasını təmin etmək üçün xəritələr də daxil olmaqla mövcud məlumatları qarşı tərəflə bölüşməlidir. Minaların basdırıldığı yerlər haqqında ətraflı məlumatların olmaması Qarabağ bölgəsində minlərlə məcburi köçkünün təhlükəsiz şəkildə bölgəyə geri qayıtmasına əsas maneədir.

- Bölgədə minalardan təmizləmə ilə bağlı gələcək planlarınız nələrdir? Yerli mediada BMTİP tərəfindən minaların tez zamanda aşkarlanmasını təmin edən xəritələrin hazırlayacağı və bunun üçün xüsusi avadanlıqların alınmasına kömək ediləcəyi ilə bağlı məlumatlar yer alıb. Bu xəritələr necə hazırlanacaq və nə vaxt hazır olacaq?

- BMTİP Azərbaycan hökumətini və ANAMA-nı əllə, mexaniki vasitələr və minaaxtaran itlərin təkmilləşdirilməsi də daxil olmaqla süni intellekt və vizual görüntülərdən istifadə etməklə minalardan təmizləmə imkanlarının artırılması, torpaqların minalardan təmizlənilməsi üçün ən uyğun və sərfəli üsulların işlənib hazırlanmasını dəstəkləməyə davam edir.

Zorakılığın ən pisi uşaqların gözünün önündə olmasıdır - Mehriban Zeynalova-VIDEO

Xəbər xətti

Türk turist İsrailli polisi bıçaqladı - VİDEO
Türk turist İsrailli polisi bıçaqladı - VİDEO
15:26 30.04.2024
Aprelin 7-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
15:23 30.04.2024
ABŞ Polşa ərazisində nüvə silahları yerləşdirməyə HAZIRLAŞIR
15:20 30.04.2024
Zorakılığın ən pisi uşaqların gözünün önündə olmasıdır - Mehriban Zeynalova-VIDEO
15:15 30.04.2024
May ayında hava necə OLACAQ?
15:10 30.04.2024
KİV: Macarıstan Azərbaycana görə Aİ Sülh Fondundan Ermənistana dəstək verilməsini bloklayır
15:06 30.04.2024
Ələkbər Məmmədov Umud Mirzəyevlə qadın minaaxtaranlar layihəsinin uğurlu olmasından danışır - VİDEO
14:55 30.04.2024
XİN rəhbəri: Azərbaycan Ermənistanla ikitərəfli və birbaşa sülh danışıqlarına tərəfdardır
14:50 30.04.2024
Necə edək ki, dişlərimiz çürüməsin? - Stomatoloqla MÜSAHİBƏ
14:45 30.04.2024
Ceyhun Bayramov Qətərin xarici işlər naziri ilə görüşüb
14:26 30.04.2024
Külək güclənəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
14:15 30.04.2024
Yeni İpək Yolu layihəsinin perspektivləri: Azərbaycandan bundan necə yararlanacaq? - ŞƏRH
14:05 30.04.2024
“Erməni separatizmi artıq bütün dünyaya məlumdur“ – Umud Mirzəyev -VİDEO
14:01 30.04.2024
Kütləvi məzarlıqlarda cəsədlər bir-birinin üzərində basdırılıb
13:55 30.04.2024
Yaşıl enerji ya da neft-qaz? - Natiq Cəfərli ŞƏRH EDİR
13:50 30.04.2024
Mayın ilk günü hava necə olacaq?
Mayın ilk günü hava necə olacaq?
13:41 30.04.2024
Odessanın “İsgəndər” raketi ilə atəşə tutulması anı – VİDEO
Odessanın “İsgəndər” raketi ilə atəşə tutulması anı – VİDEO
13:35 30.04.2024
Xankəndidəki Qarabağ Universitetinin yataqxanasının görüntüləri - VİDEO
13:25 30.04.2024
Sultan Əhməd Əli Azərbaycanda səfərdədir - VİDEO
13:19 30.04.2024
İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib
13:17 30.04.2024
Almaniyada dövlət çevrilişinə cəhdlə bağlı məhkəmə başlayıb
Almaniyada dövlət çevrilişinə cəhdlə bağlı məhkəmə başlayıb
13:10 30.04.2024
Fransa səfiri Azərbaycana qayıdıb
13:05 30.04.2024
18 məzarlıqda tapılan 55 nəfərin şəxsiyyəti müəyyənləşdirilib
12:50 30.04.2024
Bu gün bəzi itkin düşmüş şəxslərin qalıqları ailələrinə TƏHVİL VERİLƏCƏK
12:40 30.04.2024
1-ci Qarabağ müharibəsində itkin düşən 73 nəfərin adı BƏLLİ OLDU
12:37 30.04.2024
Ucuz avtomobillər satışa çıxarılacaq - SİYAHI
12:17 30.04.2024
İranda məcburi hicaba görə xəstəxana BAĞLANDI - VİDEO
İranda məcburi hicaba görə xəstəxana BAĞLANDI - VİDEO
11:50 30.04.2024
Ermənistandan Azərbaycana qarşı İDDİA
Ermənistandan Azərbaycana qarşı İDDİA
11:45 30.04.2024
Hərbi ekspert: “Minatəmizləmə işləri intensiv aparılarsa proses 10 ilə yekunlaşar”
11:36 30.04.2024
Rusiyanın Yaxın Şərqlə münasibəti Qərbi narahat edib -SƏBƏB
Rusiyanın Yaxın Şərqlə münasibəti Qərbi narahat edib -SƏBƏB
11:20 30.04.2024
Xərçəng xəstəsi lotereyada 422 milyon dollar qazanıb
Xərçəng xəstəsi lotereyada 422 milyon dollar qazanıb
11:00 30.04.2024
MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - YENİ TƏYİNAT
10:55 30.04.2024
NASA: 225 milyon kilometr uzaqlıqdan lazer mesajı aldıq
NASA: 225 milyon kilometr uzaqlıqdan lazer mesajı aldıq
10:50 30.04.2024
Rusiya ələ keçirtdiyi "Leopard-2" tankları Moskvada nümayiş etdirir
Rusiya ələ keçirtdiyi "Leopard-2" tankları Moskvada nümayiş etdirir
10:44 30.04.2024
ÇL-də yarımfinal həyəcanı - “Real” “Bavariya”ya qarşı
10:40 30.04.2024
Prezident Pakistanın MUSLİM İnstitutunun direktorunu QƏBUL ETDİ
10:38 30.04.2024
Cenevrədə Azərbaycana minatəmizləmə sahəsində yardımların artırılması müzakirə edildi
10:35 30.04.2024
Deputatlar hansı sosial şəbəkədədir? – SORĞU
10:30 30.04.2024
Əsgər etiraf etdi: Mən Rusiyaya casusluq etmişəm
Əsgər etiraf etdi: Mən Rusiyaya casusluq etmişəm
10:25 30.04.2024
Ali Məhkəmə ilə Əlcəzair Ali Məhkəməsi arasında Memorandum imzalanıb
10:18 30.04.2024
Hamısı