Azərbaycan QHT-ləri UNESCO-nun Baş direktoruna açıq məktub ünvanladı

Cəmiyyət 12:05 07.05.2024

Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri (QHT) UNESCO-nun Baş direktoru Odre Azuleyə (Audrey Azoulay) Təpəbaşı məhəlləsi ilə bağlı açıq məktub ünvanlayaraq Ermənistanda Azərbaycan xalqının maddi mədəni irsinin dağıdılmasını dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.

Ednews  xəbər verir ki, məktubda azərbaycanlıların tarixən yaşadığı Ermənistanda azərbaycanlılara məxsus bütün irsə münasibətdə məhvetmə siyasəti aparıldığı, tarixi izlərin silinməsinə cəhd edildiyi bildirilib:

"Burada 1870-ci ildə qeydiyyata alınmış 269 məsciddən bu gün yalnız biri qalıb, azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıqlar dağıdılıb. Vaxtilə azərbaycanlıların yaşadığı, qurub-yaratdığı bir şəhər olan İrəvanda tarixi adı dəyişdirilərək “Kond” adlandırılan Təpəbaşı məhəlləsi Ermənistanda Azərbaycan mədəni irsinin son qalıqlarından biridir. Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün beynəlxalq hüquq normaları və mexanizmləri çərçivəsində UNESCO ilə dialoq və qarşılıqlı fəaliyyətə hazır olduğumuzu bəyan edirik. Xüsusilə UNESCO-nu dünya mədəni irsinin unikal nümunəsi kimi Təpəbaşı məhəlləsini öz mühafizəsinə götürməyə çağırırıq. Monitorinq işlərində UNESCO ilə sıx işləməyə hazırıq".

Sənəddə vurğulanıb ki, Ermənistan hakimiyyətinin Təpəbaşı daxil olmaqla, mədəniyyət abidələrinə qarşı təcavüzü İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakta, Ümumdünya mədəni və təbii irsin qorunması, Qeyri-maddi mədəni irsin qorunması, İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında konvensiyalara zidd fəaliyyətdir:

"Eyni vandalizm siyasəti işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda da yürüdülüb. Vaxtilə həyat qaynayan, yüzlərlə tarixi, mədəni abidələrin qorunduğu həmin ərazilər böyük xarabalıqlara çevrilib. Təəssüf edirik ki, işğal dövründə çoxsaylı müraciətlərə və çağırışlara baxmayaraq, UNESCO bir dəfə də olsun bu məsələləri araşdırmayıb, əraziyə faktaraşdırıcı missiya göndərməyib. Biz UNESCO-nu Ermənistana faktaraşdırıcı missiya göndərmək, Təpəbaşı məhəlləsi ilə bağlı təxirəsalınmaz tədbirlər görmək üçün cəsarət nümayiş etdirməyə dəvət edirik. Bu məsələlərdə UNESCO ekspertləri ilə müzakirələrə və onlara əlavə məlumatlar təqdim etməyə hazırıq".

Məktubu aşağıdakı təşkilatların rəhbərləri imzalayıblar:

Fuad Məmmədov - "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası
Əziz Ələkbərli - Qərbi Azərbaycan İcması
Fariz Xəlilli – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Nərminə Ağayeva - "İrəvan Mədəni İrsinin Təbliği" İctimai Birliyi
Hacı Abdulla - "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi
Umud Rəhimoğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondu
Novella Cəfərova - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti
Səadət Bənənyarlı - “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyi
Səltənət Qocamanlı - “İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyi
Mübariz Əsgərov - “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi
Zaur İbrahimli - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi
Şəhla Nağıyeva - Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyi
Şeyda Allahverdiyeva – “İCOMOS Azərbaycan” İctimai Birliyi
Qəmər Bağırova - Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi
Ülviyyə Bəbirova - “Mədəniyyət Könüllüləri” İctimai Birliyi
Türkay Qasımzadə - Azərbaycan Mədəni İrsinin Qorunması və Turizmə Dəstək Assosiasiyası
Esmira Fuad - Əbədi Turan Kitab Fondu
Azər Allahverənov – “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi
Elçin Mirzəbəyli - "Bakı Natiqlik Məktəbi" İctimai Birliyinin sədri
Sevda Tahirli - Mirzə Ələkbər Sabir Fondu
Şahin Qədirov - "Zirvə" Mədəniyyət və İncəsənət İctimai Birliyi
Fəridə Mirişova- “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi
Səməd Vəkilov - "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

ABŞ İrana qarşı sanksiyaların tətbiqini dayandırdı
10:42 02.06.2025
Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik etdi
08:24 02.06.2025
Kovalenko: Rusiya strateji bombardmançılarını bərpa edə bilməyəcək
08:03 02.06.2025
Böyük Britaniya 12 nüvə sualtı qayıq inşa edəcək
05:29 02.06.2025
Hokkaydo adasında 6,1 bal gücündə zəlzələ baş verib
05:19 02.06.2025
Aqressiv beyin xərçənginin müalicəsində irəliləyiş əldə olunub
04:13 02.06.2025
Polşada prezident seçkilərində müxalifətin namizədi qalib gəldi
03:24 02.06.2025
Almaniyada xəstəxananı yandıran 72 yaşlı kişi saxlanılıb
20:57 01.06.2025
World Boxing-dən Məcburi Gender Testi Qərarı: İdmanda Yeni Mübahisə
13:07 31.05.2025
Simonyanın “300 min azərbaycanlı” açıqlaması Ermənistanda narahatlıq doğurub
13:01 31.05.2025
Bakı-Vaşinqton təmasları intensivləşir: ABŞ Azərbaycanın strateji rolunu tanıyır
12:55 31.05.2025
“Uitkoff planı” rədd edilsə, HƏMAS tamamilə məhv ediləcək"
11:47 31.05.2025
ABŞ Ukraynanı Rusiya ilə danışıqlarda iştiraka məcbur edə bilər
11:39 31.05.2025
"Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib "
10:50 31.05.2025
Senator Stiv Deyns Bakı-Yerevan sülh prosesinə ABŞ-ın dəstəyini bir daha ifadə etdi
10:21 31.05.2025
Azərbaycan və Dominikan Respublikası arasında diplomatik təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
10:17 31.05.2025
Ukrayna Türkiyədən hava hücumundan müdafiə sistemləri istədi
10:16 31.05.2025
"Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj gəlib
10:10 31.05.2025
Can Pyero Qasperini "Roma"da
09:48 31.05.2025
"Fənərbaxça" iki ulduz futbolçu ilə yollarını ayırdı
09:11 31.05.2025
Bazarda keyfiyyətsiz günəbaxan yağları: Bu markalara diqqət edin!
09:05 31.05.2025
Türkiyə və Gürcüstandan olan din xadimlərinin Şuşaya səfəri başlayıb
09:04 31.05.2025
İranda tələbələr qazdan zəhərləndi: Universitet yataqxanasında təhlükəli hadisə
08:12 31.05.2025
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
07:51 31.05.2025
Tramp Maskı qeyri-adi hədiyyə ilə yola saldı
07:47 31.05.2025
UEFA Çempionlar Liqasında final həyəcanı: PSJ "İnter"lə üz-üzə gəlir
07:33 31.05.2025
Alkoqol içəndə üzünüz qızarır? - Həkim təhlükə barədə xəbərdarlıq etdi
01:55 31.05.2025
Qədim mayalıların yeni sirri ortaya çıxdı
01:06 31.05.2025
Erməni Diasporunun Qaranlıq Tarixi: Yalanlar, Lobbiçilik və Azərbaycan Həqiqətləri
17:36 30.05.2025
"Qlobal Cənub QHT Platformasının yaranması fövqəladə hadisədir"
16:06 30.05.2025
Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması haqqında təklif qəbul olundu
13:42 30.05.2025
Nigeriyada 60-dan çox terrorçu zərərsizləşdirilib
13:05 30.05.2025
"Türkiyənin davamlı dəstəyinə ümid edirik"
12:57 30.05.2025
ABŞ Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunda iştirak etməyəcək
11:57 30.05.2025
"Xorvatiya ilə siyasi dialoqumuz əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır"
11:21 30.05.2025
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu Oğuz Mirzə yazır...
11:21 30.05.2025
Azərbaycan millisi finalın bir addımlığında Dünya çempionatında həyəcanlı yarımfinal
10:52 30.05.2025
Azərbaycan və Çin arasında vizasız rejimə dair saziş təsdiqləndi
10:40 30.05.2025
HƏMAS Uitkoffun atəşkəs planını qəbul etmədi
10:31 30.05.2025
" İran və ABŞ arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli istiqamətində razılıq əldə olunmayıb"
10:27 30.05.2025
Hamısı