Abşeron rayonu, Masazır qəsəbəsi ərazsində fərdi yaşayış evində baş verən yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Ednews-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
***
Abşeron rayonunun Masazır qəsəbəsində ev yanır.
Ednews xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.