İyunun 5-də keçirilən təlimlər zamanı bədbəxt hadisə nəticəsində şəhid olan gizir Sənan Nurəddin oğlu Əhmədovla Şəmkir şəhərində vida mərasimi keçirilib.
Ednews report.az-a istinadən xəbər verir ki, şəhid Sənan Əhmədov Şəmkir şəhər qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.