Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərov şəxsi münasibətlər zəminində ov silahından açılan atəş nəticəsində xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ednews-un Qərb bürosuna bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H.Mamedov müəyyən olunaraq saxlanılıb.
Ondan ov tüfəngi aşkar olunaraq götürülüb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.