SOCAR-ın "Eko park"ında QHT nümayəndələri ilə görüş keçirilib - FOTOLAR

Cəmiyyət 17:46 15.06.2024

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə SOCAR-ın "Eko park"ında bir sıra vətəndaş cəmiyyəti təmsilçiləri üçün SOCAR-ın yaşıl enerji gündəliyi barədə informasiya sessiyası və ekotur təşkil olunub.

Ednews - un məlumatına görə tədbirdə vətəndaş cəmiyyətinin üzvləri üçün SOCAR-ın yaşıl gündəliyi üzrə təqdimatlar edilib.

Tədbir iştirakçılarını salamlayan SOCAR-ın mətbuat katibi Orxan Hüseynov şirkətin müxtəlif istiqamətlər üzrə fəaliyyətindən, neft şirkətindən enerji şirkətinə transformasiya prosesindən, bu günədək SOCAR-ın yaşıl gündəlik üzrə götürdüyü öhdəliklər, həyata keçirilən tədbirlər və layihələr haqqında məlumat verib. Mətbuat katibi “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində təşkil olunan və keçirilməsi planlaşdırılan tədbirlərdən danışıb. Orxan Hüseynov SOCAR-ın vətəndaş cəmiyyəti ilə sıx əlaqələr qurmasının vacibliyini vurğulayaraq, bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib və bu xüsusda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə tədbirin təşkilində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Agentliyin və vətəndaş institutlarının fəaliyyətindən bəhs edərək bu kimi sahəvi tədbirlərin təşkilinin məlumatlandırma baxımından xüsusi əhəmiyyətini vurğulayıb. Aygün Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan edilən “Yaşıl dünyana naminə həmrəylik ili” çərçivəsində Agentliyin təşəbbüsü ilə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

İcraçı direktor ətraf mühitin qorunması üzrə məsələlərin vacibliyini qeyd edərək bu sahədə QHT-lərə Agentlik tərəfindən daim dəstək göstərildiyini bildirib. Aygün Əliyeva ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərdə SOCAR tərəfindən görülən işlər və həyata keçiriləcək layihələrdə QHT-lər ilə əməkdaşlığın və mütəmadi olaraq müzakirələrin aparılmasının səmərəli olacağını diqqətə çatdırıb.

SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı görüşdə “SOCAR-ın dekarbonizasiya strategiyası və gələcək perspektivlər” mövzusunda təqdimatla çıxış edərək COP28-də SOCAR-ın elan etdiyi orta və uzunmüddətli perspektivdə dekarbonizasiya hədəfləri haqqında ətraflı bəhs edib. SOCAR-ın dekarbonizasiya proqramının emissiya göstəricilərinin tədqiqi, qiymətləndirilməsi və emissiyaların azaldılması ilə hədəflərin ətraflı araşdırılmasına əsaslandığını bildirən Mustafa Qurbanlı 2050-ci ildə bütün əməliyyatlarda “Xalis sıfır”a nail olmanın şirkətin əsas hədəflərindən olduğunu diqqətə çatdırıb.

Mustafa Qurbanlı alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi üzrə dövlət siyasətinə dəstək olaraq bərpa olunan enerji mənbələrinin genişləndirilməsi strategiyasının icrası ilə əlaqədar SOCAR tərəfindən həyata keçirilən layihələrdən bəhs edib.

“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Rəşad Mustafayev tullantıların idarə olunması, neftlə çirklənmiş ərazilərin, o cümlədən Bakı buxtasının təmizlənməsi və abadlaşdırılması istiqamətində SOCAR tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. Rekultivasiya işlərinin planlı şəkildə həyata keçirildiyini vurğulayan baş direktor təmizlənən ərazilərin ətraf mühitə təsirinə xüsusi diqqətlə yanaşıldığını bildirib. Rəşad Mustafayev ətraf mühitinin mühafizəsi və ekoloji aksiyaların əhəmiyyətindən bəhs edərək şirkət tərəfindən davamlı əsasda iməcilik, abadlaşdırma və ağacəkmə aksiyalarının keçirildiyini qeyd edib.

"Neftqaztikinti" trestinin müdiri Qağaməli Seyfullayev ətraf mühitin qorunması, çirklənmiş ərazilərin təmizlənməsi üzrə SOCAR tərəfindən görülən işlər haqqında məlumat verib. Bakı buxtası və sahil zonasında xüsusi texnologiya və avadanlıqlar vasitəsilə batmış və yarımbatmış vəziyyətdə olan iri qabaritli tullantıların müəyyənləşdirilməsi, çıxarılması, daşınması və utilizasiyası üzrə görülən işlərdən bəhs edib. Trestin müdiri həyata keçirilən layihənin ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb

Sual-cavab sessiyasında çıxışçılar tədbir iştirakçılarının suallarını cavablandırıblar.

qgt.JPG

19.JPG

4.JPG

5.JPG

10.JPG

20.JPG

32.jpg

37.JPG

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Tramp ABŞ FES in rəhbərinə "axmaq" dedi
14:36 24.06.2025
Azərbaycan BMT-nin Bürosuna sədr seçildi
14:33 24.06.2025
İraqdakı hərbi bazalar PUA hücumuna məruz qalıb
13:08 24.06.2025
Prezident İlham Əliyev Mingəçevirdə səfərdədir
10:59 24.06.2025
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
08:31 24.06.2025
Filippin sahilində güclü zəlzələ baş verib
08:26 24.06.2025
Rusiya Sumı vilayətini atəşə tutub -Fotolar
08:18 24.06.2025
İsrailin Beer-Şeva şəhərinə İran raketi düşüb
08:16 24.06.2025
Dominikan sahilində güclü zəlzələ baş verib
08:14 24.06.2025
İsrail İranın daha bir nüvə alimini öldürüb
05:58 24.06.2025
Əraqçi hərbi əməliyyatların dayandırıldığına işarə edib YENİLƏNİB
05:08 24.06.2025
Ukrayna və Britaniya birgə PUA istehsal edəcəklər
04:25 24.06.2025
"Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir"
04:02 24.06.2025
İran və İsrail atəşkəs imzalayacaqlar
03:58 24.06.2025
Skinuoker Rançda nələr baş verir?
03:53 24.06.2025
İranda "Mossad"ın dron anbarı aşkar edildi
17:13 23.06.2025
Zelenski Böyük Britaniyaya getdi
17:09 23.06.2025
“Rusiyanın mübarizəsi öz gələcəyi uğrundadır”
17:00 23.06.2025
Fars körfəzində nəhəng tıxac yaranıb
16:56 23.06.2025
Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
16:54 23.06.2025
"Bakının möhtəşəm memarlığı var"
16:51 23.06.2025
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
15:54 23.06.2025
Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu
13:28 23.06.2025
"ABŞ İrana endirilən zərbə ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşməyib"
12:54 23.06.2025
"ABŞ-nin aqressiyası münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır"
12:49 23.06.2025
İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
12:10 23.06.2025
İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
Hamısı