BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq üçün müddətin az olmağına baxmayaraq indiyə qədər görülən işlər təyin edilən vaxta uyğun gedir.
Ednews-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib.
“Cop29-a hazırlıqda ən böyük çətinliyimiz vaxtımızın az olmağı idi. Amma hazırlıqları iki hissəyə bölsək – bu yaxınlarda Bonnda keçirilən iqlim görüşündən əvvəl və ondan sonra – hər şeyin qrafikə uyğun getdiyini görərik. Bundan sonrakı mərhələlər üçün də planlarımız, "Yol xəritə"miz hazırdır”, - nazir müavini qeyd edib.