"Ermənistan tərəfinin verdiyi mina xəritələrini emal etdik. Bəlli oldu ki, istifadə olunan məlumatların yararlığı 25 faizi keçmir".
Ednews xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Xankəndidə keçirilən elmi-praktiki konfransda deyib.
"Bu çox aşağı səviyyədədir, yalnız keçmiş təmas xəttini əhatə edir", deyə o, qeyd edib.