Son iki ayda ilan sancması ilə bağlı müraciət edənlərin sayında artım müşahidə edilib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsi yayıb.
Mənbə qeyd edir ki, may-iyun ayı ərzində ilan sancması ilə bağlı ümumilikdə 36 nəfər müraciət edib.
Yaralıların hər birinə zəruri tibbi xidmətlər göstərilib və ölüm halı qeydə alınmayıb.