Ənənəvi media nəhəng qurumların əlindədir. Onlar da bildiyimiz kimi, Şimal yarımkürəsində yerləşir. Bizə hər zaman nəzarət edirlər. Ona görə də media olaraq biz narrativlərin mötəbərliyini sorğulamalıyıq.
Ednews xəbər verir ki, bunu Əl-Cəzirə Media İnstitutunun Media təşəbbüsləri meneceri Montaser Marai 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” adlı panel müzakirədə deyib.
“Biz çoxsaylı məlumatların içində qalmışıq. Sosial mediada informasiya axını yüksək olduğu üçün insanlar nəyin düzgün, nəyin feyk olduğunu çətin ayırd edirlər.
Ənənəvi mediada da bunu müşahidə etmək olar. “Tik-Tok” istisna olmaqla, rəqəmsal platformalara nəhəng təşkilatlar rəhbərlik edir. Onlar məlumat axınına təsir edirlər. Təəssüflər olsun ki, bunu bacarırlar”, - deyə Montaser Marai vurğulayıb.