Bu rayonlarda evlərin qiyməti sürətlə ARTIR

Cəmiyyət 14:35 22.07.2024

“Bu gün bağ evlərinin alınıb-satılması daha çox gəlir əldə etmək, həmin bağ evlərinin kirayə verilməsi ilə bağlıdır. Bu baxımdan rayonlarda da evlər bahadır. İstirahət və turizm məqsədilə satılan bağ evlərində hər il qiymət artımını müşahidə edirik.

Qiymətlər artır, çünki tələbat var. Bakıətrafı qəsəbələrdə torpağın qiyməti 200-300% artıb, rayonlarda da vəziyyət bu cürdür”. 

Ednews xəbər verir ki, bu sözləri “yenisabah.az”a əmlak məsələləri üzrə ekspert Vüqar Oruc deyib. 

Bölgələrdə bağ evlərinin qiymətinin bir neçə dəfə artdığını bildirən ekspert bunun səbəblərini açıqlayıb: 

“Qəbələdə bir neçə il əvvəl torpaq 7-10 min idisə, hazırda qiymət 2-3 dəfə artıb. Torpaq sahəsinə tələbat Qəbələdə və ətraf rayonlarda daha da artıb. Torpağın qiyməti artırsa, bu, avtomatik daşınmaz əmlakın da qiymətinin artımına səbəb olur.

Eyni zamanda, manatın alıcılıq qabiliyyəti ötən ilə nisbətə daha az olub, bu təbii inflyasiya prosesidir, bütün valyutalarda biz bunu görürük. Yanacaq qiymətlərinin, işçi xidmətinin, inşaat materiallarının  qiymətindəki artım elə bir situasiya yaradır ki, bütün istiqamətlərdə inşaat prosesi baha başa gəlir. Bu da təbii ki, rayonlarda tikilmiş evlərin qiymətinin artımına səbəb olur. 

Rayonlarda xüsusi dizaynla və zövqlə tikilmiş evlər o zaman baha qiymətə satıla bilər ki,  o, biznes xarakteri daşısın. İnsanlar bu evləri özləri yaşamaq üçün deyil, kirayə vermək, qazanc əldə etmək üçün alırlar. Onlar gəlirli obyekt kimi sözügedən evləri, villaları alırlar. Vətəndaşlar ev alarkən mütləq qiymətləndirlə xidməti, reiltor xidməti ilə məsləhətləşməlidir”. 

Onun sözlərinə görə, bölgələrdə satışa çıxarılan hər milyonluq villanın alınması məsləhətli deyil: 

“Rayonlarda 500-600 min manata satılan evlər o zaman uğurlu ola bilər ki, həmin evlər ildə ən azı 50-60 min manat gəlir gətirsin. Həmin evlərə sərf olunan qazanc bu xərcləri il ərzində ödəməlidir. Bu baxımdan həmin evlərin alınması zamanı qiymətləndirmə xidmətindən dəstək almaq lazımdır. 

Bu cür yarımç milyonluq və daha baha mülklərin alınması o zaman real ola bilər ki, gəlir gətirsin. Əks halda, bir evə o qədər pul sərf etmək məqsədə müvafiq deyil. Gəlir gətirməyən mülkü yatırım etməyə dəyməz, çünki həmin qiymətə Bakı və Bakıətrafında yüksəktəmirli villalar əldə etmək olar”. 

V.Oruc mülklərin əmlak bazarında fantastik qiymətə satışa çıxarılmasının sirrini açıb: 

“Rayonlarda turizm məqsədilə istifadə edilən evlərə həmin pulu vermək olar. Bu, biznes olaraq cəlbedici faktordur. Təbii ki, bu cür mülklərin alıcısı var. Biznesi olan adamlar bu sahəyə də yatırım etməyə çalışırlar. 

Amma rayonlarda biznes məqsədilə ev almaq istəyənlərə məsləhətimiz odur ki, torpaq sahəsi alıb öz zövqlərinə uyğun inşaat işləri aparsınlar. Bu, daha əlverişlidir və ucuz başa gəlir. 

Əmlak bazarında qiymətlər kifayət qədər yüksəkdir. Amma bəzən elə hallara rast gəlirik ki, mülk sahibləri astronomik qiymətə evləri satışa çıxarırlar və bu qiymətlər real olmur. Məsələn, 15-17 milyon manata villalar satışa çıxarılır, bu rəqəmlər real deyil. Çünki yüksək qiymətlər təklif edib bazarda silkələnmə yaratmaq istəyənlər var.  Bütün bunlar ajiotaj yaratmaq üçündür və heç biri real deyil. Təəssüflər olsun ki, bəzən reiltorlar bunu edirlər.
Onlar mülk sahibinin dediyindən daha yüksək qiymətə villanı satışa çıxarırlar. Bazardan xəbəri olmayan şəxslər də bəzən aldanıb mülkü alırlar. Alıcı tapılandan sonra artıq bu hal fakta çevrilir və bütün bazarda qiymətlərə təsir edir. Artıq həmin ərazidə evlərin kvadratı 1500 manat idisə, qalxaraq 2000 manat olur, domino effekti kimi bu bahalaşma digər ərazilərə də öz təsirini göstərir”. 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
08:06 22.06.2025
Nyu-Yorkda yaxta çay limanına çırpılıb
03:04 22.06.2025
"ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
03:01 22.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirib
02:56 22.06.2025
“Yeni zərbələr planlaşdırılmayıb”
02:04 22.06.2025
Yaponiya sahilində güclü zəlzələ olub
00:59 22.06.2025
Hamısı