Bu universitetlərdə illik təhsilhaqqı artırılıb - Siyahı

Cəmiyyət 15:50 26.07.2024

Azərbaycanda qəbul imtahanları artıq yekunlaşıb, bir neçə həftədən sonra ixtisas seçimi başlayacaq. Ötən illə müqayisədə 2024/2025-ci tədris ilində plan yerlərinin sayı 5% artırılıb. Yeni tədris ilində 60 minə yaxın abituriyentin tələbə adını qazanacağı gözlənilir. Bunun 28 minə yaxını dövlət sifarişli olacaq.

Beləliklə, yeni tədris ilində 30 mindən çox abituriyentin ödənişli əsaslarla təhsil alacağı gözlənilir. Universitetlərlə maraqlanan bəzi abituriyentlər illik təhsil haqlarının artırıldığını deyirlər.

Ednews xəbər verir ki, Modern.az məsələni dəqiqləşdirmək üçün universitetlər arasında sorğu keçirib.

Bakı Dövlət Universitetindən verilən məlumata görə, ödənişli əsaslarla oxuyacaq tələbələrin təhsilhaqlarında dəyişiklik yoxdur.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) təhsilhaqlarında artım olacağı bildirilib. Ali təhsil müəssisəsi artımın məbləğini açıqlamayıb.

Azərbaycan Dillər Universitetindən isə bildirilib ki, bir sıra ixtisasların illik təhsilhaqlarında artım olacaq: “Misal olaraq ingilis dili müəllimliyi, ingilis, alman və fransız dilləri üzrə dil və ədəbiyyat müəllimliyi, eləcə də tərcümə, beynəlxalq münasibətlər ixtisaslarını göstərmək olar. İngilis dili müəllimliyi ixtisasının illik təhsil haqqı 2500 manatdan 2700 manata qaldırılıb”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən qeyd olunub ki, təhsilhaqqı ötən illə müqayisədə dəyişməyib, bakalavrda 1950 AZN, magistraturada 1800-2000 AZN arasıdır.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetindən verilən məlumata görə, bu il təhsilhaqlarında hansısa dəyişiklik nəzərdə tutulmayıb. İllik təhsilhaqqı 2000-2500 manat arasında dəyişir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin illik təhsilhaqlarında da dəyişiklik yoxdur. Təhsil haqları bakalavr pilləsində 2000-2500, magistr pilləsində 2500-3000 manat arasında dəyişir.

Xəzər Universiteti də illik ödənişlərdə artım olmadığını, məbləğin 4000-5000 manat arasında dəyişdiyini bildirib.

Azərbaycan Texniki Universitetindən bildirilib ki, illik təhsilhaqlarında dəyişiklik nəzərdə tutulmayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində isə təhsilhaqları artırılıb. Məlumata görə, bütün ixtisaslar üzrə 2000 manat olan illik təhsilhaqları 2300 manata qaldırılıb.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
İyirmi ştat Tramp administrasiyasına qarşı iddia qaldırıb
14:15 02.07.2025
Azərbaycan Sağlam Şəhərlər Təşəbbüsünə qoşulmaq istəyir
14:00 02.07.2025
Kallas İrəvana niyə getdi? -Səfərin Pərdəarxası
13:45 02.07.2025
FAO 2 milyard dolları toxuma niyə xərcləyir?
13:30 02.07.2025
“Paramount” Trampdan müsahibə almaq üçün 16 milyon dollar təklif edir
13:10 02.07.2025
Əfqanıstan Mərkəzi və Cənubi Asiyanı birləşdirən regional əlaqə mərkəzinə çevrilmək niyyətindədir
13:00 02.07.2025
Xüsusi qayğıya ehtiyacı olan uşaqların I sinfə qəbulu ilə bağlı prosedur açıqlanıb
12:50 02.07.2025
Şimali Kipr Prezidenti Azərbaycana səfərə gəlib
12:42 02.07.2025
İran Prezidenti AEBA ilə əməkdaşlığı müvəqqəti dayandırmaq qərarı verib
12:35 02.07.2025
Şuşada 6-cı ECO biznes forumu keçirilir
12:25 02.07.2025
Somalinin hava limanında hərbi helikopter partlayıb – ölənlər var
12:10 02.07.2025
Baş Prokurorluq: Rusiyada azərbaycanlılara qarşı işgəncələr beynəlxalq hüquq normalarına ziddir
12:00 02.07.2025
"Sonra da təəccüblənirik ki, bizi niyə sevmirlər?" -Ksenya Sobçak "Yekaterenburq Hadisələri" haqqında yazdı
11:42 02.07.2025
“Azeri Light” bahalaşdı
11:27 02.07.2025
İrandan Azərbaycana böyük həcmdə narkotik maddə gətirilməsinin qarşısı alınıb.
11:25 02.07.2025
Niderland şahzadəsi əsgərliyə gedir
11:12 02.07.2025
"Xiaomi"nin elektrik avtomobili satış rekordları qırdı - 3 Dəqiqəyə 200 min sifariş....
10:57 02.07.2025
Aktau qəzasıyla bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər
10:44 02.07.2025
"BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi istefaya getməlidir"
10:42 02.07.2025
Süveyş körfəzində qazma qurğusu batıb
10:36 02.07.2025
“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”
10:27 02.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
10:21 02.07.2025
Fransa ordusu Seneqaldan çıxır
10:12 02.07.2025
"Rusiya və Azərbaycanın arasındakı dostluq münasibətlərini pozmaq istəyənlər var"
10:04 02.07.2025
"Cəmiyyətdə müsabət dəyişikliyə nail olmaq istəyiriksə,qadınları təhsilə cəlb etməliyik"
09:59 02.07.2025
"Google" külli miqdarda təzminat ödəyəcək
09:54 02.07.2025
"Qadınlarla bağlı planların həyata keçirməsində əsas problem maliyyədir"
09:44 02.07.2025
Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır
09:39 02.07.2025
ECO qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planlar hazırlayıb
09:27 02.07.2025
İsrailin zərbələri nəticəsində 100-dən çox fələstinli həlak olub
09:24 02.07.2025
"Qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil"
09:17 02.07.2025
Klublarası dünya çempionatı: "Borussiya" "Real Madrid"lə görüşəcək
09:09 02.07.2025
PKK-nın tərksilah prosesi 10 gün ərzində baş tutacaq
08:54 02.07.2025
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
08:38 02.07.2025
Öldürülən qardaşlara işgəncə faktları təsdiqləndi
08:17 02.07.2025
Azərbaycan Polisi – 107 illik xidmət və fədakarlıq!
00:01 02.07.2025
"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Hamısı