Sumqayıt şəhərində ticarət mərkəzində yanğın olub.
Ednews apa.az-a istinadən xəbər verir ki, hadisə 32-ci məhəllədə yerləşən Səfərli ticarət mərkəzində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Alov söndürülüb. Yanğın nəticəsində təxminən 80 m² ərazi yanıb.