Tovuzda zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
EDnews "Report"agentiyinə istinadən məlumat verir ki, Tovuz rayonunun Qovlar şəhərindəki keçmiş şərab zavodunun ərazisində yerləşən tikililərdən birində baş vermiş yanğın artıq söndürülüb.
Baş vermiş yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində zavodda baş vermiş yanğın söndürülüb.
10:33
Tovuzda keçmiş Şərab Zavodunun ərazisində baş vermiş yanğın lokallaşdırılıb.
Rayonun Qovlar şəhərindəki keçmiş şərab zavodunun ərazisində yerləşən tikililərdən birində baş vermiş yanğın artıq lokallaşdırılıb.
Qeyd edək ki, yanğın nəticəsində tikilinin içərisində olan istifadəyə yararsız çənlər yanıb.
Hadisə zamanı xəsarət alan və tüstüdən zəhərlənənlərin olmadığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
09:58
Tovuz rayonunun Qovlar şəhərindəki şərab zavodunda yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tovuz rayon Yanğından Mühafizə hissəsinin və ətraf rayonlardan yanğınsöndürən briqadalar cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Faktla bağlı araşdırma aparılır.