BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) çərçivəsində Yunanıstanın milli pavilyonunun rəsmi açılış mərasimi keçirilib.
EDnews xəbər verir ki, pavilyonda Yunanıstanın iqlim dəyişikliyi ilə mübarizə və enerji keçidində əldə etdiyi nailiyyətlər nümayiş etdiriləcək.
Pavilyonun açılış mərasimində Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis iştirak edib.