İtaliyanın sahil mühafizə xidməti dünən gecə Aralıq dənizində Avropaya keçmək istəyən 550 nəfərə yaxın qeyri-qanuni miqrant xilas edib.
"Eurasia Diary" xarici KİV-ə istinadən xəbər verir ki, axtarış əməliyyatı zamanı dənizdə 5 nəfərin cəsədi tapılıb.
Xatırladaq ki, 2016-cı ilin əvvəlindən bəri Aralıq dənizi ilə Avropaya keçməyə cəhd edən 4,2 mindən çox miqrant suda boğularaq həyatını itirib.