Böyük Britaniyanın Televiziya və Radio Yayımları Şirkəti “BBC” “Dünyanın ən nüfuzlu 100 qadını”nın siyahısını dərc edib.
"Eurasia Diary" xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da daxil edilib. O siyasət kateqoriyası üzrə seçilib.
“Mariya Zaxarova XİN tarixində müvafiq postu tutan yeganə qadındır. O, öz cəsur və parlaq düşüncələri ilə öz tərzini formalaşdırıb”, - reytinqi hazırlayanlar bildirib.
Qeyd edək ki, M. Zaxarova ilə birlikdə siyahıda daha 4 siyasətçi qadın qərarlaşıb. Onların sırasında Pakistandan ictimai xadim Kərimə Beluc, Fransanın keçmiş ədliyyə naziri Rəşidə Dati, Honq-Konqdan müğənni Deniz Xo və Konqo Demokratik Respublikasından olan siyasi fəal Alina Mukova Nyoma var.
Mariya Zaxarova 1975-ci ildə anadan olub. O, 1998-ci ildə beynəlxalq jurnalistika fakültəsini bitirib. O, Rusiya Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Hazırda isə Rusiya XİN-in mətbuat katibidir.