Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın Hələb şəhərinin şərqindən təxliyə olunanların sayını açıqlayıb.
Çavuşoğlu "Tvitter" hesabında gecə saatlarından bəri 4500 nəfərin təxliyə edildiyini yazıb:
"İndiyə qədər isə 12 min mülki şəxs təxliyə olunub".
Nazir onların Suriya müxalifətinin nəzarətində olan bölgədə yerləşdirildiyini qeyd edib.