Ərdoğan Soçidə əsas məsələləri niyə həll edə bilmədi?

Analitika 17:37 14.11.2017

Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın noyabrın 13-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşünü əhəmiyyətli adlandırmaq çətindir. Çünki Ərdoğan beynində tutduğu məsələlərin həllində Putindən razılıq almadı.

İki prezident mətbuat konfransında iqtisadi və ticarət əməkdaşlığının uğurla inkişafından, regional layihələrdən danışdılar. Ancaq iki ölkə arasındakı bu məsələlər əvvəldən də yoluna qoyulub və bunun üçün ayda iki dəfə görüşməyə ehtiyac yoxdur, işlər öz axarıyla davam edir, “türk axını” Qara dənizinin dibinə döşənir və qrafiki qabaqlayır, Rusiya Türkiyədə atom elektrik stansiyasının tikintinə hazırlaşır, Rusiya bazarı Türkiyə pomidorları üçün açılıb və s.

Məsələ burasındadır ki, Ərdoğan Putinlə bu dəfə tamam fərqli mövzuları müzakirə etmək istəyirdi.

Birincisi, Türkiyə Cumhurbaşqanı hələ bir həftə əvvəl demişdi ki, Rusiya prezidenti ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək istəyir. Ərdoğan önəmli cümləsini əlavə etməyi də unutmamışdı: “Putin istəsə münaqişə qısa müddətdə həll oluna bilər”. Ərdoğan Putinlə 4 saat qapalı görüş keçirdi. Mümkündür ki, həmin görüşdə Ərdoğan Qarabağ məsələsinə toxunub. Ancaq Putinin bu mövzuda ümumi ifadələr işlətdiyi və dərhal başqa mövzuya keçdiyi ehtimalı yüksəkdir. Kreml sahibi Ərdoğanın dediyi kimi Qarabağ münaqişəsinin həllini sürətləndirəcək əsas şəxs olsa da, bu imkandan yararlanmaq istəmir. Çünki bunun üçün onun irəli sürdüyü şərtlər Azərbaycan üçün ağırdır. Bu şərtlər yerinə yetirilmədən isə Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərməyəcək. Ona görə də Türkiyə və Rusiya prezidentləri görüşdən sonra ortaq keçirdikləri mətbuat konfransında Qarabağ haqqında bir kəlmə də demədilər. Demək razılıq yoxdur.

İkincisi, Ərdoğan türkmən qazının Xəzərin dibi ilə Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə daşınmasını istəyir. Bu məsələdə də əsas söz sahibi Putindir. Çünki məhz Kreml ekologiya bəhanəsiylə Xəzərin dibi ilə qaz boru xəttinin çəkilişinin əleyhinədir və Aşqabadla Bakı buna etiraz edə bilmirlər. Ərdoğan bu problemin həllində də Putindən dəstək ala bilmədi.

Üçüncüsü, Ərdoğan Türkiyə-Rusiya iqtisadi əlaqələrinin tam bərpasına nail olmasına baxmayaraq, Moskvanın Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvinə nail ola bilmədi. Bu da Rusiyada çalışan türkiyəli işadamları üçün bəlli çətinliklər yaradır. Putin bu məsələnin həllini də sonraya saxladı. Görünür, bu yolla Putin Ərdoğana başa salmaq istəyir ki, Türkiyənin Rusiyanın hərbi təyyarəsini vurmasını qısa müddətdə unudub bütün məsələləri yoluna qoymayacaq. Nə olsun ki, Ərdoğan vurulan təyyarəyə görə üzr istədi? Putin məşhur rus yazıçısı Fyodr Dostoyevskinin əsərində olduğu kimi “cinayətin cəzasız qalmadığı” fikrini Ərdoğana aşılamaq istəyir.

Dördüncüsü, Ərdoğan Soçiyə yollanmadan əvvəl yumşaq şəkildə belə bir ifadə işlətmişdi ki, Rusiya və ABŞ silahlı birləşmələri Suriyanı tərk etməli və bazalarını ləğv etməlidirlər. Görünür, Ərdoğan bu açıqlama ilə Putinlə görüş ərəfəsində Kreml sahibinin nəbzini yoxlamaq istəyib. Nəbzini yoxladı, nəbzdə heç bir dəyişiklik yoxdur. Putin Rusiya qoşunlarını Suriyadan çıxarmayacaq, bazalar da yerində qalacaq. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi Suriya ilə bağlı da tam təminat almadan bu ölkəni tərk etməyəcək.

Beləliklə, Ərdoğanla Putinin görüşləri getdikcə bir-birini təkrarlayır. Həll olunası məsələlər görüşdən əvvəl də həllini tapıb, Ərdoğanın Putinlə həll etmək istədiyi məsələlər isə yerində sayır.

“Atlas” Araşdırmalar Mərkəzi

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü BAŞLADI
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
Hamısı