ABŞ-İran müharibəsi baş verə bilərmi? Körfəzdə gərginlik davam edir

Analitika 14:09 17.05.2019

ABŞ-la İrana arasında heç cür səngiməyən gərginlik ötən günlərdə pik səviyyəyə çatmış və tərəflər arasında müharibə təhlükəsi meydana gəlmişdi. İranın nüvə sazişi müqaviləsinin öhdəliklərini yerinə yetirməyi dayandırdığını açıqlamasından sonra ABŞ açıq bir şəkildə bu ölkəni müharibə ilə hədələmiş və İrana müdaxilə üçün kardidor hesab edilən  toqquşma təhlükəsini nəzərə alaraq İraqdan öz diplomatlarını geri çağırmışdı.

 

Məlum olduğu kimi, ötən həftə İranın Yaxın Şərqdə Amerikanın maraqlarına zərbə vuracağı ilə bağlı kəşfiyyat məlumatlarının yayılmasının ardınca Vaşinqton körfəzə ard-arda qüvvələr göndərib. Əvvəlcə İtaliya sahillərində lövbər salmış, 2003-cü ildə İraq müharibəsində istifadə olunmuş “USS Abraham Linkoln” aviadaşıyıcısı, ardınca isə “USS Arlington” döyüş gəmisi qrupu Fars körfəzinə göndərilib. Bunun ardınca Qətərdə ABŞ-ın regionda ən böyük hərbi hava bazası hesab olunan “Əl-Udeyd”ə 4 ədəd strateji B-52 bombardmançıları və “Patriot” zenit-raket batareyaları göndərilib. Nəzərə alsaq ki, Bəhreyndə ABŞ-ın 5-ci donanması, eləcə də “Əl-Udeyd” bazasında 13 min, İraqda isə 5200 ABŞ hərbçisi mövcuddur, bu qüvvənin özü də istənilən ölkəyə hücum etmək üçün yetərlidir.

Körfez'de ABD sıcağı

 

ABŞ hökümətində İran mövzusunda atılacaq addımlar barəsində fikir müxtəlifliyi mövcuddur. Bolton başda olmaqla bir qrup İrana “laiqli dərs” verməyi və hərbi müdaxilə eədərək ölkədəki rejimi dəyişdirməyi təklif edir. Digər qrupsa əksinə, hərbi müdaxilənin rejimi daha da möhkəmləndirəcəyini bildirir və eyni zamanda belə bir müdaxilənin regionda yeni böhrana səbəb olacağını proqnozlaşdırır. Trampın verdiyi açıqlamalardan bəlli olur ki, o da hərbi müdaxilə tərəfdarı deyil. O, 120 minlik ABŞ qoşununun İrana hücum üçün İraqa gönədirilcəyi xəbərlərinə münasibət bildirərkən bu məlumatı yalanlayıb və “ümid edirəm buna məcbur qalmarıq”, deyib.

 

Eyni zamanda İranda da hakimiyyət bu böhrandan necə çıxa biləcəyi barədə konkret fikirə sahib deyil. Ruhani ABŞ-la danışıqlara davam etmək və müharibə hədələrindən qurtulmaq üçün addımlar atmaq istəsə də, Xamenei bu şərtlərlə ABŞ-la danışıqlara getmək mümkün deyil deyərək, iqtidarın xarici siyasətdə əlini, qolunu bağlayır.

Ancaq belə bir məqamda Tramp ABŞ hərbi donanmasını və minlərlə canlı qüvvəni Körfəzə göndərir. Əslində buna səbəb İranın hərəkətləridir. Belə ki, əvvəlcə bazar günü BƏƏ sahillərində, Fəyrucə Limanında Səudiyyə Ərəbistanına məxsus 2 tanker, eləcə də BƏƏ və Norveçə məxsus bir gəmi olmaqla, 4 neft daşıyan tanker hücuma məruz qaldı. Hücuma görə məsuliyyəti üzərinə götürən olmasa da, ABŞ mənbələri İranın, İran tərəfi isə provokasiyanın İsrailin törətdiyini iddia edir. Həftənin əvvəlində isə Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilindəki neft boru kəməri və nasos stansiyaları 7 bombalı dronun hücumuna məruz qaldı. Bu hücuma görə Səudiyyə rəsmiləri Yəməndəki husiləri (İranın silahlandırdığı) ittiham etdi.

petrol tankeri vuruldu ile ilgili görsel sonucu

 

Bu hücumlarda İranın ittiham edilməsinin səbəbi aydındır. Belə ki, hələ 2018-ci ilin iyun ayında prezident Ruhani ölkəsinə tətbiq edilmiş sanksiyalara münasibət bildirərkən açıq bir şəkildə region dövlətlərini təhdid edərək qeyd etmişdi ki, “İran neftinin ixrac edilməməsi, region dövlətlərinin də neft sata bilməyəcəkləri mənasına gəlir”.

Ona görə də ABŞ Körfəzin təhlüksəziliyini öz üzərinə götürür. Çünki bunu müttəfiqləri olan BƏƏ, İsrail və Səudiyyə tələb edir. Eyni zamanda ABŞ İraqdakı hərbi personalına qarşı İranla ideoloji və siyasi bağları olan şiə milis qüvvələrini hücumlar edə biləcəyindən ehtiyat edir. Yəni, əslində ABŞ İranla gərginliyin bu qədər artmasınd amaraqlı deyil və müharibə planları qurmur, yalnız Boltonun təklifi ilə həm təhlükəsizlik tədbirlərini genişlənidirir, həm də Körfəzə müdaxilə etməklə İrana psixoji təsir edir.

 

Bu stuatsiyada münaqişənin baş verməsi real görünmür. Əvvəla, Boltonun da qeyd etdiyi kimi hərbi donanmanın Körfəzə göndərilməsi daha çox təhlükəsizlik məqsədilə bağlı idi. Və yaxud bu İrana verilən “göz dağı” olaraq da izah edilə bilər. Ancaq istənilən halda Tramp hərbi əməliyyatların başlanmasını gözə ala bilməz. Çünki buna ölkə içində ciddi muxalifət var. Beləki, ABŞ parlamentində Nümayəndələr Palatasının sədri Nansi Pelosi İranla hərbi əmliyyatlara münasibət bildirərkən qeyd edib ki, Trampın İrana hərbi hücum etmək üçün parlamentdən aldığı bir razılıq yoxdur və parlamentin razılığı olmadan belə bir münaqişə baş tuta bilməz.

İlgili resim

Həmçinin ABŞ-ın 16 il əvvəl Körfəz ölkələrindən biri olan İraqa hərbi müdaxiləsinin mənfi təsirləri hələ də keçməyib. İraqda və regionda ABŞ müdaxiləsinin təsirləri hələ də qalmaqdadır. Belə bir zamanda İrana ediləcək hücum regionda daha böyük və kontrol edilə bilməz bir böhrana səbəb ola bilər ki, Tramp bu riksə getməz. Eyni zamanda ABŞ-ın hərbi gəmilər vasitəsilə sadəcə İrandakı nüvə müəssisələrinə zərbələr endirməsi ehtimalı da var. Bəsra körfəzində yerləşən Büşəhr İranın “Nüvə şəhəri” hesab edilir və ABŞ İranın nüvə gücünü hədəfə alırsa bu şəhərə irimiqyaslı zərbələr endirə bilər. Ancaq bu da real görünmür, çünki İran bu zərəbələrə qarşılıq verərsə Körfəzdə müdhiş bir qarşıdurma yarana bilər. Bu yalnız İranın deyil, bütün Körfəz ölkələrinin yeni problemlərlə qarşılaşmasına səbəb olar.

Ona görə də ABŞ donanması Körfəzə İranı vurmaq üçün yox, müttəfiqlərini qorumaq üçün gəlib. ABŞ-ın İrana qarşı mövqeyi konkretdir. Əgər Körfəzdə üzən hər hansısa gəmiyə, eyni zamanda regiondakı ABŞ hərbi bazalarına İran və yaxud ona tabe olan terror qruplaşmaları tərəfindən həyata keçiriləcək istənilən hücum ABŞ-ın genişmiqyaslı hərbi hücuma səbəb olacaq.

 

Nicat İsmayılov

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı