"Paşinyan boş əllə Qarabağda savaşa başlayır" - Bozoyan | Eurasia Diary - ednews.net

20 İyun, Cümə axşamı


"Paşinyan boş əllə Qarabağda savaşa başlayır" - Bozoyan

Ekspert rəyi A- A A+

İrəvanla Qarabağ separatçıları arasında gərgin münasibətlər Qarabağdakı seçkilərlə bağlıdır.

Eurasia Diary xəbər verir ki, bunu “Sputnik Ermənistan”a müsahibəsində politoloq Yervand Bozoyan deyib.

“Paşinyan hakimiyyətə gəldikdən sonra parlamentdə üstünlüyü ələ keçirdi. O, indi çalışır ki, məhkəmə hakimiyyətinə də nəzarəti əlinə alsın. Hazırda Paşinyan üçün Qarabağdakı hakimiyyətdə ona tərəfdaş olmayan şəxsin oturması qəbuledilməzdir. Maraqlı məqam odur ki, Qarabağda bir-biriylə mübarizə aparan qüvvələr Paşinyanla əlaqələrə sahib deyillər. Bəziləri Paşinyanın Qarabağdakı adamının Araik Arutyunyan olduğunu deyirlər, lakin onun Qarabağdakı reytinqi çox aşağıdır. Birbaşa tərəfdaşı olmadan Paşinyan meydanı özü üçün təmizləməyə cəhd edir, yəni Arutyunyanın potensial rəqiblərini hədəfə götürür”, – deyə o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...