ABŞ-İranla bağlı önəmli nüans: az adam bilir - Pankratenko | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


ABŞ-İranla bağlı önəmli nüans: az adam bilir - Pankratenko

Ekspert rəyi A- A A+

Çox az adam fərqinə varır ki, bu il yubileydir. Düz 40 il bundan öncə ABŞ İran İslam Respublikasına qarşı ilk sanksiyalarını tətbiq etdi.

Eurasia Diary-nin verdiyi xəbərə görə, bu sözləri Axar.az-a rus hərbi ekspert və şərqşünas İqor Pankratenko son günlərdə alovlanan ABŞ-İran qarşıdurmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, 1979-cu ildən bu günə kimi bəzi dövrlərdə sözügedən sanksiyalar bəzən sərtləşdirildi, bəzən isə zəiflədi:

“Lakin önəmli olan budur ki, sanksiyalar İran İslam Respublikası rejiminin çöküşünə səbəb olmadı. Zənnimcə, bu dəfə də belə olacaq.

Əlbəttə, sanksiyalar İran iqtisadiyyatına zərər vurur, ölkə əhalisinin vəziyyətini ağırlaşdırır, amma rəsmi Tehran hələ ki, dayanıqlıdır.

Yəni həm İranın siyasi elitası, həm də ölkə əhalisi xarici təzyiqlərə qarşı çıxmaq iradəsini qorudu. Bundan başqa, İran hakimiyyəti hələ xalq tərəfindən verilmiş etimad və güvəni itirməyib.

Bu vəziyyət davam etdikcə sanksiyalar çətinlik törətsə də, ölümcül olmayacaq. İran lazımi şəkildə müqavimət göstərmək gücünə sahibdir və gələcəkdə də asimmetrik cavab verəcəkdir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...