ABŞ-ın Türkiyədən S-400 qisası "Tramp istəməsə də..."

Analitika 14:32 15.07.2019

Türkiyə və ABŞ arasında siyasi krizislərə səbəb olan, Türkiyənin Rusiyadan aldığı S-400 zenit kompleksləri 12 iyuldan etibarən hissə-hissə Türkiyəyə gətirildi. Türkiyənin ABŞ təhdidlərinə rəğmən S-400-ü alması ABŞ siyasi palitrasında ciddi səs-küyə səbəb oldu.

 

“ABŞ parlamenti Türkiyəyə qarşı sanksiyalar tələb edir”

abd kongresi ile ilgili görsel sonucu

S-400-lərin Türkiyəyə gətirilməsinə Tramp səssiz qalsa da ABŞ parlamentində bu hadisə cidddi rezonansa səbəb olub. Parlamentin hər iki palatasında da müxtəlif qruplar Türkiyəyə sanksiyaların tətbiq edilməsi üçün hökümətə təzyiq etməyə başlayıb. Türkiyənin Rusiyadan S-400 zenit komplekslərini alması müqabilində Türkiyəyə “gərəkli dərs verilməsi” və sanksiyaların tətbiq edilməsi məsələsində parlamentdə təmsil olunan iki əsas partiya nümayəndələri – demokratlar və respublikaçılar anlaşıb.

Bir neçə gün öncə ABŞ xarici siyasətinə özünəməxsus təsiri olan parlamentin yuxarı palatası, senatda bu məsələ müzakirə edilib və senatorlar Trampı Türkiyəyə sanksiya tətbiq etməyə çağırıb.

Öz növbəsində ABŞ parlamentinin aşağı palatası olan Nümayəndələr Palatasında Türkiyəyə qarşı bir qanun layihəsi hazırlanıb. Sözügedən qanun layihəsində Türkiyə üçün ciddi problemlər yarada biləcək iki əsas prinsip öz əksini tapıb:

“Türkiyənin F-35 proqramından ixrac edilməsi - yeni nəsil hərbi təyyarələrin Türkiyəyə satılmasına icazə verilməməsi və 1985-ci ildən bəri tətbiq edilən Cənubi Kiprə silah satışına qoyulan embarqoların ləğv edilməsi”.

 

“Konqresdən Türkiyəyə cəza mesajı”

Kipr məsələsi ümumiyyətlə Türkiyə üçün problemli bir mövzudur və Türkiyənin hərbi müdaxiləsi ilə Kipr iki yerə bölünüb: Cənubi və Şimali Kiprə. ABŞ parlamenti bu münaqişədə tərəf tutmamaq üçün 1985-ci ildən Cənubi Kiprə də silah satışına embarqo qoymuşdu (Şimali Kiprə isə daha öncələr). Bu həm də adada sülhün və siyasi sabitliyin qorunması üçün strateji addım idi. Lakin indi ABŞ parlamenti yunan Kiprinə silah satışına qoyduğu embarqonu ləğv edən bir qanun layihəsi hazırlayıb. Belə bir qanunun qəbul edilməsi isə ABŞ-ın artıq Kipr problemində bir tərəf kimi iştirak edəcəyi və adada gərginliyin daha da artacağı mənasına gəlir. Lakin bu qanun layihəsi senata və hökümətə təqdim edildikdən sonra qüvvəyə minəcək. Belə bir qanun layihəsinin hazırlanması isə əslində ABŞ konqresinin Türkiyəyə verdiyi “cəza” mesajıdır.

Türkiyənin Rusiyadan S-400-ləri alması və ABŞ parlamentində Türkiyəyə qarşı sanskiyaların müzakirə edilməsi ağıllarda belə bir sual yaradıb: Türkiyə NATO-dan çıxa bilərmi?”

türkiye nato ile ilgili görsel sonucu

 

Alman professor Tomas Yegerin sözlərinə görə S-400-lərin Türkiyəyə satılması Putinin böyük uğurudur və bu Türkiyənin NATO-dan çıxmasının başlanğıcı olacaq.

Lakin S-400-lərin alışından sonra hətta Türkiyəyə sanksiyalar tətbiq edilsə belə Türkiyə NATO-dan çıxa bilməz. Niyə? Çünki NATO-da olmaq hər zaman avantajdır və Şanxay Birliyi və ya KTMT əsla NATO-ya alternativ ola bilməz. Bu gün Türkiyənin geosiyasi hədəflərinin olduğu bölgələrin, Avrasiya və Yaxın Orta Şərqin taleyi NATO-nun əllərindədir. Və Türkiyə NATO üzvlüyündə qalmaqla bu və ya digər regionlarda öz milli maraqlarının əlehinə istənilən hərbi kampaniya və ya qərarı saədcə veto etməklə dayandıra bilər. (NATO-da qərarlar konsensus yolu ilə qəbul edilir). Üstəgəl NATO-dan çıxan Türkiyə Şərqi Aralıqdakı əsas rəqibi Yunanıstanın qarşısında güc itirər. Ona görə də ABŞ-la yaşanan istənilən gərginlik Tükiyənin NATO-dan çıxmasına səbəb olmayacaq...

 

ABŞ  Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcək

trump ile ilgili görsel sonucu

Niyə? Bloommberqin verdiyi məlumata görə artıq sanksiyalar paketi hazırdır, sadəcə Tramp bu sanskiyaların qüvvəyə minməsi üçün bir həftə gözləməyi qərara alıb. Buna səbəb Türkiyədə 15 iyul hərbi çevrilişə cəhdin il dönümüdür. Və bu mənfur hadisənin anım günü ərəfəsində ABŞ-ın Türkiyəyə qarşı sanksiyalara start verməsi ABŞ hökümətini hərbi çevrilişi dəstəkləyən bir imicdə göstərə bilər.

Bundan savayı yuxarıda da qeyd etdiyimiz kimi parlament bu məsələdə inadkardır və qəti şəkildə Türkiyəyə qarşı sanksiyalar tələb edir. Əslində bu məsələdə deputatlar subyektiv olaraq haqlıdırlar. Belə ki, Trampın 2017-ci ilin avqustunda parlamentin təzyiqləri ilə qəbul etdiyi “ABŞ-ın düşmənləri ilə mübarizə aparması qanunu”nun 231-ci maddəsinə əsasən Rusiya hərbi sənayesi və hərbi kəşfiyyatı ilə əməkdaşlıq etmək qadağandır və bu qadağanı pozan siyasi subyektlər sanskiyalarla cəzalandırılır. Bu baxımdan, məsələyə ABŞ mövqeyindən baxsaq, Vaşinqtonun Türkiyəyə sanksiyalar tətbiq etməsi mümkündür.

Həmçinin ABŞ Xarici İşlər Naziri Mayk Pompeo da ötən gün bu məsələyə toxunarkən “qanunlara əməl ediləcək” deməklə əslində sanksiyalara start veriləcəyi barədə türk həmkarlarına xəbərdarlıq etmişdi.

Lakin G-20 zirvəsində verdiyi açıqlamalarına diqqət yetirsək görərik ki, Tramp Türkiyəyə sanskiyaların tətbiq edilməsinə qarşıdır. Çünki o Türkiyənin S-400 almasını Ərdoğanın deyil, Obamanın səhfi olaraq qəbul edir. Lakin Trampın üzərində ciddi təzyiqlər var. Ona görə də Tramp çox guman istəmədən də olsa sanskiyalara “hə” deyəcək.  Lakin o, bu məsələdə Ərdoğanı küsdürməmək, Türkiyənin Şanxay birliyinə yuvarlanmasının qarşısını almaq üçün iki şey edə bilər:

  • Tramp bu sanskiyaları təxirə sala bilər, qanunvericilik ona bu səlahiyyəti verir;
  • Eyni zamanda Tramp sanskiyaların təsir gücünü azalda bilər. Yəni, Tramp sanksiyaları elə sahələrə yönəldə bilər ki, bu sanksiyalar türk iqtisadiyyatına və Türk-ABŞ münasibətlərinə mənfi təsir etməsin.

Necə? Belə ki, Branson hadisəsində olduğu kimi Türkiyəyə qarşı “soft (yumuşaq) sanksiya”lar tətbiq edilə bilər. Məsələn, Türkiyədə heç bir əmlakı olmayan hökumət üzvlərinin əmlakları müsadirə edilə bilər, ABŞ-a səyahəti gözlənilmiyən müxtəlif hökümət üzvlərinin ölkəyə daxil olmasına qadağa qoyula bilər, ABŞ və Türkiyə arasında çox aşağı ticarət dövriyyəsi göstərəcilərinə sahib olan məhsullar üzərində əlavə vergilər qoyula bilər və s. Uzun sözün qısası Tramp sanskiyaları o qədər yumuşalda bilər ki, bu sanksiyalar içi boş meyvəyə bənzəsin. Və bunu etməklə Tramp həm ölkə daxilindəki reputasiyasını, həm də Türkiyə ilə əlaqələri mənfi təsirlərdən qoruya bilər.

 

Politoloq və tədqiqatçı jurnalist: Nicat İsmayılov 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı