Bakı növbəti beynəlxalq yarışmaya ev sahibliyi edir ölkəmiz üçün uğur

Analitika 16:35 23.07.2019

Politoloq: “Bu festivalın Azərbaycan üçün çox böyük əhəmiyyəti var”

Bakı iyulun 21-də yenidən Avropanın, eləcə də dünyanın diqqət mərkəzinə çevrilib. Ölkəmizin paytaxtı “Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir.

Festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak etdilər.

Məlumat verək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi olan Avropa Olimpiya Komitələrinin (AOK) qürur mənbəyidir. Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Tək illərdə, iki ildə bir dəfə keçirilən qış və yay festivalları da var.

Tədbir Olimpiya bayrağı altında keçirilir və Olimpiya ənənələri ilə zəngindir: alovlanan məşəldən başlayaraq idmançı və rəsmilərin and içməsinə qədər. Avropanın bir çox yüksələn idman ulduzları beynəlxalq arenada ilk addımlarını məhz Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı atırlar. Bütün iştirakçılar burada qazandıqları dostluq və təcrübəni özləri ilə həmişəlik evlərinə aparacaqlar, bəziləri üçün isə bu festival Olimpiya zirvəsinə bir yüksəliş olacaq. Avropa Gənclər Yay Olimpiya Festivalı Avropa gənclərini Atletlər kəndində simvolik olaraq birləşdirir. Bu festival idmançıların Olimpiya hadisələrinin ruhunu hiss etməyə və yeni qələbələrə ilhamlanmağa yol açacaq Olimpiya Oyunlarına bir qapıdır.

“Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı ile ilgili görsel sonucu

“Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının talismanları Cırtdan və Bəbirdir. Paytaxt Bakının 12 idman obyektində yeddi gün davam edəcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növü - idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizəyə qoşulub. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayırlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

“Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı ile ilgili görsel sonucu

Azərbaycan festivala 122 idmançı ilə qatılıb. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunur. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizəyə qoşulub. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda ümumilikdə 30 oyunçu yer alıb.

Festival günlərində idman obyektlərində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

İlgili resim

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, bu cür tədbirlərin Azərbaycan üçün böyük əhəmiyyəti var:

“Məhz daxili planda əhəmiyyət daha da yüksəkdir. Bu vaxta qədər Azərbaycanın beynəlxalq reytinqindən danışmışıq. Doğrudur, bu cür oyunlar Azərbaycana beynəlxalq aləmdə olan inamın göstəricidir. Bu inam sözü ümumi mənada qəbul olunmamalıdır. O adamlar ki, qlobal aləmdə gedən prosesləri izləyib, Avropanın qayğılarından məlumatlıdırlar, həmin ekspertlər yaxşı bilirlər ki, Avropanın Azərbaycanda hazırda belə yarışlar keçirməsi, hədsiz dərəcədə mühüm əhəmiyyətə malikdir. Çünki Avropanın özünün qat-qat böyük problemləri var. Avropa da çalışır ki, bu cür yarışmalar keçirərək, özünə əlavə nəfəs yeri tapsın. Avropa İttifaqının köhnə rəhbərliyi artıq istefaya hazırlaşır. Lakin düşünürəm ki, onların indiyədək gördükləri işlər içərisində Azərbaycanla əlaqəli aparılan proseslər xüsusi qeyd olunacaq. Ancaq hesab edirəm ki, Avropadan da qat-qat çox, bu sonuncu oyunların Azərbaycanın daxilinə böyük təsiri var. Çünki dünyada durğunluq var, beynəlxalq siyasətdə vəziyyət əvvəlki kimi deyil. Müşahidə edirik ki, artıq dünya liderlərinin bir-biriləri ilə təması, bir-birilərinin ölkələrinə səfər etmələri xeyli dərəcədə zəifləyib. Belə halda isə Azərbaycana olan beynəlxalq maraq 2-3 qat daha böyük əhəmiyyət kəsb edir. Bizdə də kimsə iddia edə bilər ki, Azərbaycanın beynəlxalq aləmə, yaxud da beynəlxalq aləmin Azərbaycana olan marağı itib. Bu anlamda daxili parametr kimi hazırda başlayan oyunu çox mühüm dəyərləndirirəm. Ölkə rəhbərliyinin əli beynəlxalq proseslərin üzərindədir, beynəlxalq aləmlə ciddi əlaqələrimiz var. O cümlədən də beynəlxalq aləmin də Azərbaycana maraqları böyükdür”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
Hamısı