"Donmuş münaqişə" can alır Bəs atəşkəsə niyə əməl olunmur?

Analitika 18:04 30.07.2019

Qarabağ cəbhəsində, eləcə də Azərbaycan-Ermənistan sərhədində təxminən bir ay davam edən nisbi sakitliyə erməni tərəfi iyulun 18-dən etibarən son qoydu.

Həmin gün saat 00:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iriçaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozuldu və Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutuldu. Nəticədə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralandı.

Bu hadisədən sonra atəşkəs həm Qarabağ cəbhəsində, həm də Ermənistanla sərhəd rayonlarda ardıcıl şəkildə pozulmağa başladı. İyulun 28-də isə ordumuzun cavab atəşi ilə bir erməni əsgəri öldürüldü, 29-da isə daha biri erməni əsgəri yaralandı.

Bəs, cəbhə xəttində iyun ayının 22-dən iyulun 18-dək davam edən nisbi sakitlik niyə pozuldu?

atəşkəs pozuldu ile ilgili görsel sonucu

Bu sualı cavablandırmaq çətindir. Lakin bir faktı qeyd etmək lazımdır ki, iyulun 17-də erməni mətbuatında bir xəbər yayıldı ki, guya Azərbaycan Silahlı Qüvvələri Naxçıvan istiqamətindən Vayocdzor əyalətinin Yelpin kəndini atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyi isə erməni tərəfinin iddialarını təkzib etdi.

Lakin məhz bu xəbərlər yayıldıqdan sonra ermənilər cəbhə xəttində atəşkəsi pozdular, üstəlik, adəti üzrə Qarabağ istiqamətindən deyil, Ermənistan-Azərbaycan sərhəddindən. Ermənistan tərəfinin bu təxribatları isə Azərbaycanın müdafiə sturkturları tərəfindən vaxtında və düzgün analiz edildi və nəticədə düşmənin bir əsgəri öldürüldü, iki əsgəri isə yaralandı...

Atəşin hec cür kəsilmədiyi atəşkəsdən tərəflər nə qazanır?

Ümumiyyətlə, münaqişədə olan tərəflər kimi iki xalq və iki dövlət düşünməlidir: “Atəşin hec cür kəsilmədiyi atəşkəsdən tərəflər nə qazanır?”

Qazancları bilmirik, amma itkiləri araşdırdıq...

şəhid atası ile ilgili görsel sonucu

Təəssüf ki, bu araşdırmanı həyata keçirərkən Müdafiə Nazirliyi, Statisitika Komitəsi və ya başqa bir dövlət qurumundan heç bir rəsmi və konkret məlumat ala bilməmişik. Ona görə də qeyd etdiyimiz rəqəmlər, adətən hər iki tərəfdən də təsdiqlənən, mətbuata məlum olan informasiyalar əsasında ifadə edilib.

2003-2017-ci illər – atəşkəsin “kəskin dövrü”

2003-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 387 hərbi qulluqçusu erməni gülləsindən (o cümlədən mina və sursat partlayışından) dünyalarını dəyişiblər. İtkilərlə bağlı rəqəmlər sosial şəbəkələr və KİV üzərində aparılan davamlı monitorinq nəticəsində ortaya çıxıb. Qeyri rəsmi məlumatlara görə atəşkəs dövründə 1008 şəhid vermişik, 1205 hərbçimiz isə yaralanıb.

Qeyd edək ki, bu informasiyanı “Azadlıq” 2016-cı ilin iyun ayında yayıb.

Atəşkəs dövründə sadəcə hərbi qulluqçularımız deyil, dinc vətəndaşlarımız, hətta körpələr belə həlak olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatlarından da görünür ki, 1994-2017-ci illər arasında 14 uşaq həlak olub, 20-si yaralanıb.

ermənilərin şəhid etdikləri zəhra ile ilgili görsel sonucu

Ümumilikdə münaqişənin başlanmasından bu yana Azərbaycanda 175 azyaşlı həlak olub.

2018-2019-cu illər – atəşkəsin “nisbətən mülayim dövrü”

2018-ci ildə Azərbaycan ordusu döyüş şəraitində 4 şəhid verib. Ermənistan ordusundan isə 45 hərbçi ölüb. Erməni tərəfindən ölənlərdən 7-si döyüş, 38 nəfəri isə qeyri-döyüş itkisidir.

Qeyd edək ki, qeyri-döyüş şəraitində həlak olan erməni əsgərləri barədə bir çox spekulasiyalar edilib. Yayılan informasiyalarda qeyd edilir ki, guya qəza və ya qeyri-müəyyən şəkildə həlak olan erməni əsgərləri Azərbaycan kəşfiyyatçıları tərəfindən zərərsizləşdirilib.

2019-cu ildə isə (iyul ayının 26-dək) Azərbaycan ordusunun 5 nəfər hərbi qulluqçusu şəhid olub.

Eyni ildə (iyul ayının 26-dək) Ermənistan Silahlı Qüvvələrinin (o cümlədən Azərbaycanın işğal altında olan ərazilərindəki erməni hərbi qüvvələrinin) ən azı 32 hərbi qulluqçusu ölüb. Onlardan 2-si döyüş, 30 nəfəri isə qeyri-döyüş itkisidir.

Qeyd edək ki, bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu (CDSI) erməni mediasına və rəsmi şəxslərinə istinadən məlumat yayıb.

2019-cu il başa çatmasa belə, bu dövrdə Ermənistanda hakimiyyətin dəyişməsi, tərəflər arasıında dialoqun intensivləşdirilməsi müəyyən qədər atəşkəsə təsir edə bilib.

Qeyd etmək lazımdır ki, Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra onun ilk dəfə sentyabr ayında Düşənbədə Azərbaycan prezidenti ilə qısa dialoqu, yeni iqtidarın konfliktin həllində konstruktiv mövqe sərgilməsi ümidləri yaratmışdı. Lakin 2019-cu ildə Paşinyanın ölkə daxilində, xüsusən Qarabağ klanından gördüyü təzyiq, problemin həllinə dair konkret bir mövqeyin ortaya qoyulmaması və Paşinyan tərəfindən Düşənbədə Azərbaycan prezzidentinə verilən vədlərin yerinə yetirilməməsi yenə problemin yeganə həll yolunun müharibədən keçdiyi həqiqətini ortaya qoydu. Bu durum cəbhədə sabitliyin pozulmasına səbəb oldu...

Bəs niyə atəşkəs təmin edilə bilmir?

Bunun bir çox siyasi və sosial səbəbləri var:

Birincisi, sirr deyil ki, erməni tərəfi üçün atəşkəsin pozulması, qarşı tərəfin əsgərinin öldürülməsi, strateji obyektlərin, yaşayış məntəqələrinin vurulması bir “qəhramanlıq” olaraq görülür. Xüsusən Ermənistanda və qondarma rejimdə rəhbərlik edən siyasi qruplar atəşkəsin pozulmasından xal qazanır. Hətta Sarkisyan dövrünün son illərində ölkədə iqtidara qarşı muxalifətin güclənməsi, Sarkisyanın nüfuzunun getdikcə azalması və ona qarşı ictimaiyyətdən təzyiqlərin artması, 2014 və 2015-ci ildə avqust və mart ayında erməni ordusunun ardıcıl təxribatları və irəliləmə cəhdləri ilə müşahidə edilmişdi. Ermənilərin onlarla itkilər verdiyi bu “iqtidar oyunu” nəticəsində Sarkisyan ölkənin müharibə şəraitində olduğunu xalqa inandıra bildi və ən azından prezidentlik dövrünün bitməsinə qədər iqtidarda qalmağa müvəffəq oldu. Lakin, 2016-cı ilin aprel döyüşləri nəticəsində Ermənistan ordusunun məğlubiyyəti Sarkisyanın sonun gətirdi...

sarkisyan ile ilgili görsel sonucu

İkincisi, atəşkəsin qorunmasına mənfi təsir edən ən vacib amillərdən biri də İrəvandakı rejimlə, Xankəndidəki rejim arasında uzlaşmananın olmamasıdır. (Bəzən Qarabağda baş verənlərdən xəbər tutmaq rəsmi İrəvan üçün mümkünsüz olur. Ən əsası qondarma rejimlə İrəvan hökuməti arasında etibar bağları qopub və tərəflər sadəcə bir-birilərinə möhtac olduqları üçün "birlik" mesajları verirlər. Lakin son dövürlər, xüsusən Koçaryan həbsdən azad edildiyi zamanlarda qarşılıqlı ittihamların da səsləndirildiyi müşahidə edilmişdi. Bütün bu amillər təmas xəttində atəkəsi təmin etmək və qorumağı ciddi problemə çevirir.

Üçüncüsü, münaqişəni qızışdıran sadəcə Ermənistandakı siyasi qruplaşmalar deyil, həm də üçüncü qüvvədir... Rusiya Qarabağdakı rejimi tam özünə bağlamağa hələ illər əvvəl müvəffəq olub. Rəsmi Moskvanın “Məxməri inqilabı” sadəcə seyr etməsi də, elə bununla bağlı idi. Rusiya bilirdi ki, İrəvanı itirsə belə, Qarabağ, yəni əsas təzyiq vasitəsi hələ də onun nəzarətindədir. Paşinyan hakimiyyətə gəldikdən və Vyana və Vaşinqton görüşləri keçirildikdən sonra Rusiya Qarabağda müxtəlif qrupların atəşkəsi pozmasına işarə etdi... Vyana görüşünün həm əvvəli, həm də sonrasında Qarabağdakı atəşkəs pozuntularından Paşinyanın xəbəri var idimi? 29 martda İlham Əliyevlə və ATƏT nümayəndələri ilə görüşəcək Paşinyan niyə 26 martda 18 yaşlı Azərbaycan əsgərinin ölüm əmrini versin? Bu suala iki versiya ilə cavab vermək olar: a) Paşinyan görüş öncəsində Qarbağ klanının təzyiqləri ilə qarşılaşdı və torpaqları verməyə getmədiyini göstərmək üçün cəbhədəki vəziyyəti gərginləşdirdi; b)Ya da ümumiyyətlə Paşinyanın bu işdə heç bir rolu yox idi və Qarabağ klanı Moskvadan aldığı əmrlə Əliyevlə Paşinyanın görüşünü sabotaj etmək üçün cəbhədəki vəziyyəti gərginləşdirdi və görüşün taleyini dəyişdi...

Dördüncüsü, beynəlxalq aləm, BMT, hətta ATƏT belə, artıq bu problemə ciddi bir məsələ kimi yanaşmır, dünya üçün Qarabağ konflikti “donmuş münaqişə” hesab edilir. Lakin münaqişə donandan bu yana minlərlə insan həlak olub və təəssüflər oslun ki, bu, heç bir beynəlxalq institut üçün maraqlı deyil.

 

Politoloq və tədqiqatçı jurnalist: Nicat İsmayılov 

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
Hamısı