"İşğalçıya qarşı hərbi əməliyyata başlamaq üçün qərar verilməlidir"

Analitika 12:49 09.08.2019

Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə “Qarabağ Ermənistandır” açıqlamasından sonra Azərbaycan cəmiyyətində ən çox səslənən sual budur: “Müharibəyə başlamalıyıqmı?”

Eurasia Diary xəbər verir ki, politoloq Elxan Şahinoğlu bu sualla bağlı saytımıza öz fikirlərini bölüşüb. 

Onun sözlərinə görə, Nikol Paşinyan “Qarabağ Ermənistandır” deməklə əslində Azərbaycanın Qarabağ davasında haqlı olduğunu beynəlxalq aləmə göstərdi: 

"Çünki illərdir beynəlxalq aləmə başa salmağa çalışırdıq ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır, separatçılar təkbaşına torpaqlarımızı işğal edə bilməzdilər, buna gücləri çatmazdı. Paşinyan son açıqlamasıyla dediklərimizi təsdiq etdi. Digər tərəfdən Paşinyan açıqlamasıyla Azərbaycanın diplomatik və hərbi meydanda manevr imkanlarını genişləndirdi. İndi əsas məsələ yaranan imkandan faydalanmaqdır. Onu da nəzərə almalıyıq ki, Paşinyanın populist açıqlamaları Ermənistanda və Dağlıq Qarabağda da sükutla qarşılanıb. Çünki onlar da anlayırlar ki, Nikol Paşinyanın düşünülməmiş açıqlamaları həm Ermənistana, həm də Dağlıq Qarabağdakı separatçılara baha başa gələ bilər.

Əlbəttə, belə vəziyyətdə Azərbaycan ictimaiyyəti və geniş siyasi spektri işğalçını hərbi yolla cəzalandırmağı tələb etməkdə haqlıdır. Hətta hakimiyyət içindən və Yeni Azərbaycan Partiyasına üzv olan millət vəkillərindən də haqlı olaraq eyni səslər eşidilir".

Politoloq hesab edir ki, işğalçıya qarşı hərbi əməliyyata başlamaq üçün siyasi qərar verilməlidir.

"Ancaq bu qərar böyük məsuliyyət tələb edir, hərtərəfli ölçülüb biçilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda indiyənə qədərki bütün hakimiyyətlər Qarabağa görə iqtidarlarını itiriblər. SSRİ dövründə Əbdülrəhman Vəzirov Qarabağdakı separatizmdən doğan nəticələrdən ölkəni tərk etdi, eləcə də Ayaz Mütəllibov hakimiyyətini eyni məsələyə görə itirdi. Əbülfəz Elçibəyin hakimiyyətə gəldiyi ilk aylarda Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlar həyata keçirdi, Xankəndiyə yaxınlaşdıq. Ancaq hakimiyyət içində olan xaos, üstəgəl xarici qüvvələrin desktuktiv addımları ordumuzun qazandığı uğurların üstündən xətt çəkdi və nəticədə Elçibəy də faktiki Qarabağ uğursuzluqlarına görə hakimiyyətini itirdi. Çünki Sürət Hüseynov fenomeni də Qarabağdakı hadisələr fonunda ortaya çıxmışdı. Prezident İlham Əliyev bu tarixi gerçəkliyi nəzərə almaya bilməz", - deyə E.Şahinoğlu bildirib.

Ekspert onu da qeyd edib ki, Azərbaycanın Ermənistan üzərində qələbəsini və torpaqlarını azad etməsini istməyən Rusiya amili var:

"Bu çox ciddi maneədir. Məhz bu amil 1990-cı illərin əvvələrində ordumuzun Xankəndiyə daxil olmasını əngəllədi. Sürət Hüseynov da bu amilin doğurduğu nəticə idi. Məhz bu amil 2016-cı ilin aprelində hücum əməliyyatımızın genişlənməsinə və daha çox ərazimizin azad olunmasına əngəl oldu. Bütün bunları görə-görə gəlmişik. Rusiyanın Azərbaycan daxilindəki “5-ci kolonunu” da unutmamaq lazımdır. Həmin kolonun nümayəndələri üçün müqəddəs heç nə yoxdur, onlar şimaldakı ağalarının əmrini yerinə yetirmək üçün vətənlərini də satmağa hazırdılar, necə ki, onların babaları 1920-ci ildə Cumhuriyyətimizi bolşevik ordusuna satmışdılar. Üstündən 100 il keçsə də vətənini düşmənizin müttəfiqinə satmaq istəyənlər yox olmayıb. Bu amil də müharibəyə başlamaq məqsədilə düyməyə basmağa mane olur. Çünki içəridən istənilən təxribata əl ata bilərlər. Müharibəyə başlamaq üçün arxa cəbhəmizdən tan əmin olmalıyıq, əmin olmalıyıq ki, hücum planımız Moskvanın və oradan da İrəvanın masası üzərində peyda olmayacaq. Buna əmin olandan sonra müharibəyə başlamaq olar. Ancaq buna qədər lokal əməliyyatlarla aprel uğurumuzu genişləndirə bilərik, üstəgəl snayperlərimiz də düşmənin itkilərini artırmalıdır".

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı