"Qazax istiqamətində baş verənlər gərginliyi artıracaq" Rusiyalı ekspertlərə görə münaqişə tüstülənməkdədir

Analitika 10:08 17.08.2019
Xəbər verildiyi kimi Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhədin Qazax rayonundan keçən hissəsində sərhədçilərimizin yeni taktiki və strateji mövqelər tutduğunu, düşmənin aramsız atəşlərinə baxmayaraq bu mövqelərdə möhkəmləndiyini açıqlayıb. Bu haqda iki gün əvvəl KİV-lərdə yayılmış xəbərləri DSX-nin Aparat rəhbəri, general Elçin İbrahimov dünən jurnalistlərə təsdiqləyib.
 
Eurasia Diary xəbər verir ki, generalın bildirdiyinə görə bu mövqelər Ermənistan ordusunun həmin istiqamətdəki döyüş postlarına və postlara gedən yollarına daha yaxşı nəzarət etməyə imkan yaradıb.
 
E.İbrahimov detalları açıqlamasa da xəbərlərə görə DSX-nin “Qazax” diviziyasının bölmələri Babakər dağı istiqamətində irəliləyiblər və habelə Ermənistan ərazisində həmin istiqamətdən keçən əsas nəqliyyat arteriyalarına da nəzarət imkanı qazanıblar.
 
“Kavkazskiy Uzel” portalı Azərbaycan sərhədçilərinin Qazax istiqamtində irəliləməsi ilə bağlı rusiyalı hərbi ekspertlərin rəylərini soruşub. Rusiyalı ekspertlər və hərbi şərhçilər belə hesab edirlər ki, bu addım Ermənistanı Qarabağa dair danışıqları bərpa etməyə meylləndirməyə hesablanıb, amma sərhəddə mövqelərin irəli çəkilməsi münaqişənin eskalasiyasına da gətirib çıxara bilər.
 
“Qazax rayonunda toqquşmalar artıq baş verib, indiki manevrlər isə heç də yeni deyil”, -hərbi ekspert Pavel Felgenhauer deyib. Onun fikrincə, situasiya təhlükəlidir, münaqişə aktiv fazada olmasa da tüstülənməkdədir və hərbi əməliyyatlar tədricən Qarabağdan kənarda olan ərazilərə də yayılmaqdadır. Ekspert qeyd edir ki, yaxın zamanlarda münaqişənin eskalasiyasını gözləməyə dəyər. “Hazırda mənim mövqeyimə görə münaqişənin alovlanmasının qarşısını Rusiya alır”,-Felgenhauer deyib.
 
Ekspert deyir ki, prezident Əliyev hərbi uğurları nümayiş etdirməklə azərbaycanlıların patriotik əhval-ruhiyyəsindən ağılla istfadə edir. “Qarşıdurma illərində tərəflərin bir-birinə qarşı nifrəti artıb. Amma Azərbaycan tərəfdə bu nifrət daha amansız xarakter daşıyır”,-Felgenhauer belə deyib.
 
Rusiya zabitlərinin ekspert Şurasının üzvü, hərbi politoloq Aleksandr Perenciyev isə hesab edir ki, Azərbaycan qüvvələrinin Qazax istiqamətində irəliləməsi Yerevanı Qarabağa dair real danışıqlara məcbur etməyə hesablanmış addımdır. “Azərbaycan ərazi mübahisəsinin olmadığı sahələrdə təhdid yaratmaqla Ermənistana təzyiq yolları tapmağa çalışır ki, onu güzəştə məcbur edə bilsin”,-Perenciyev bildirib.
 
Hərçənd rusiyalı hərbi ekspert deyəsən məlumatsızdır ki, Ermənistan ordusu həmin istiqamətdə də Azərbaycan ərazilərini - Qazaxın 6 kəndini hələ də işğal altında saxlayır.
 
Perenciyevə görə Yerevanın mövqeyi aydındır - o, Qarabağı qaytarmayacaq və güzəştə getməyəcək. “Bununla bağlı olaraq Bakı nümayiş etdirir ki, Azərbaycan ərazilərini geri almağa qadirdir”,-o əlavə edib.
 
Perenciyev qeyd edib ki, Qazax istiqamətində baş verənlər gərginliyi artıracaq, amma eskalasiyaya gətirib çıxarmayacaq.
 
Digər rusiyalı hərbi ekspert Aleksandr Qolts isə fərqli düşünür, deyir ki, sərhədçilərin irəliləməsi münaqişənin ciddi eskalasiyası üçün bəhanə ola və hərbi qarşıdurmanın yeni mərhələsini başlada bilər.
 
“Əlbətdə, təhlükə var. Bu kvazimünaqişələr üçün xarakterikdir, hansı ki, tərəflərdən biri hərbi manevrlər başlayır və bununla da məzənnəni qaldırır. Sonra digər tərəf onu sakitləşdirmək istəyir, buna müvəffəq olmursa gərginlik qaçılmaz şəkildə artır”,- Qolts deyib.(virtualaz.org)

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı