"BMT-nin sənədi kimi şeir yayıblar" Fərid Şəfiyev BMT-də erməni hesabatından danışdı

Analitika 14:47 23.08.2019

"Qondarma “Dağlıq Qarabağ respublikası”nın hesabatına dair qoşma ilə birlikdə Ermənistanın BMT yanıda Daimi Nümayəndəliyinin yaydığı məktubla bağlı qeyd etmək lazımdır ki, BMT-nin Nizamnaməsinə və təşkilatın müvafiq prosedur qaydalarına əsasən təşkilatın hər bir üzvü beynəlxalq ictimaiyyət üçün maraq kəsb etdiyini düşündüyü informasiyaları digər üzv ölkələrin və təşkilatın Katibliyinin nəzərinə çatdırmaq məqsədi ilə sənəd yaymaq hüququna malikdir. BMT-yə üzv ölkənin Daimi Nümayəndəliyi adından belə müraciət beynəlxalq sülh və təhlükəsizlik, ticarət, inkişaf və digər məsələləri özündə əks etdirə bilər. Məktubun məzmunu üzv dövlətin məsuliyyətindədir. Hətta indiyə kimi BMT-nin sənədi kimi daimi nümayəndəliklərin şeir yayması halları da baş verib".

Eurasia Diary xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz rejimin hesabatının BMT-də yayılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Katiblik də öz növbəsində BMT-yə üzv ölkələrin daimi nümayəndəlikləri tərəfindən təqdim olunmuş sənədləri yaymaq öhdəliyi daşıyır.
 
"Sənədlər təşkilatın müvafiq loqosu və Təhlüksizlik Şurasının, Baş Assambleyanın və BMT-nin digər orqanlarının növbəti sessiyalarının gündəlik maddələri çərçivəsində yayımlanır. Gündəlik maddəsi məktubun müəllifi, daha dəqiq desək, üzv ölkənin Daimi Nümayəndəliyi tərəfindən müəyyən olunur.

Təəssüf ki, tez-tez üzv ölkələrinin bu hüquqdan sui-istifadə etməsi və BMT-nin Nizamnaməsinə zidd sənədlər yayması hallarına da rast gəlinir. O cümlədən, Ermənistanın öz adından qondarma “dqr”ə aid məktub yollaması ilk dəfə deyil. Hər halda məktubun müəllifi təşkilatın rəsmi üzvü, bu halda isə Ermənistandır. Ermənistan KİV-də qondarma “dqr”in sənədi adlandırdıqları bu məktubun BMT-nin sənədi kimi yayılmasına dair məlumatlar həqiqəti əks etdirmir. BMT qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və təşkilatın Katibliyi qaydalara uyğun olaraq Ermənistanın BMT yanında Daimi Nümayəndəliyinin məktubunu yayıb və bu da onun rəsmi statusudur.

Məktubun mahiyyətinə gəldikdə isə buna belə qısa şərh verərdim. Ermənistanın yerli azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə törətdiyi və BMT TŞ-nin müvafiq qətnamələri və BMT-nin Nimzanaməsinin pozulmasına yönəlik fəaliyyət həyata keçirdiyi işğal olunmuş torpaqlarla bağlı hansı dayanıqlı inkişaf, demokratiya və humanitar məqsədlərdən danışmaq olar?

Azərbaycan da öz növbəsində müvafiq məktub yaymağa hazırlaşır. Ermənistan Daimi Nümayəndəliyinin bu təxribatı beynəxlaq səviyyədə tanınmış Azərbaycan torpaqlarının kim tərəfindən işğal olunduğunu bir daha açıq şəkildə göstərir", - deyə F.Şəfiyev bildirib.

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Hamısı