"Brexit"in növbəti qurbanı Türk əsilli Conson? Britaniyada "taxt oyunları"

Analitika 17:09 04.09.2019

İngiltərə artıq 3 ildən çoxdur ki, "Brexit"i yəni, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını müzakirə edir. "Brexit" 10-a yaxın nazirin, 1 baş nazirin, bir hökümətin istefasına səbəb olub. "Brexit"ə görə bir erkən seçki, bir referendum, 3 dəfə də parlamentə təklif təqdim edilib, bu mövzu əsasında Avropa liderlərinin onlarla görüşləri keçirilib. Yəni, Britaniya siyasətində "Brexit" artıq iqtidar savaşına, başqa bir deyimlə "taxt oyunları"na çevrilib. Və hələ də "Brexit" müəmaması çözülməyib, bu məsələ Avropanın əsas gündəmi olmaqda davam edir.

brexit ile ilgili görsel sonucu

Britaniya siyasətindən Tereza Mey kimi zərif və kövrək siyasətçini “qopardan Brexit qasırğası"nın budəfəki qurbanı sərt, uzlaşmaz mövqeyi ilə seçilən türk əsilli Boris Conson ola bilər...

Conson iqtidara gələrkən əsas vədi "Brexit"i reallaşdırmaq idi. Özündən əvvəlki baş nazir T.Meyin "Brexit" məsələsində Avropa İttifaqı və Britaniya parlamentini razı sala bilmədiyinə görə ağlayaraq istefa verməsindən təsirlənən Conson “Aİ ilə razılaşsaqda, razılaşmasaqda ittifaqdan çıxacayıq” – deməklə yeni bir siyasi müzakirənin başlanğıcını qoydu və birdən-birə Britaniya parlamentində "Brexit" yox, razılaşmalı ya da əskinə, razılaşmasız "Brexit" tərəfdarları peyda oldu.

theresa may cry ile ilgili görsel sonucu

"Razılaşmasız Brexit" çox ciddi siyasi və iqtisadi riskləri özündə ehtiva edir. Əsas siyasi risk Böyük Britaniyanın tərkibində olan Şimali İralndiya ilə Aİ üzvü olan İrlandiya Respublikasının təbii sərhədləri problemidir. Əsas iqtisadi risksə ittifaqdan ayrılan Britaniyanın üzləşə biləcəyi ciddi iqtisadi problemlərdir.

Conson iqtidara gəldikdən sonra ilk hədəfinə nail olmuş, "Razılaşmasız Brexit"i gündəmə çevirmişdi. Lakin  bu məsələdə Consona ən sərt zərbə öz partiyasının nümayəndələrindən gəldi. Avropa İttifaqı ilə razılaşmadan ittifaqdan ayrılmağın ölkə üçün ciddi problemlər yaradacağına inanan 21 Muhafizəkar partiya üzvü partiyanın liderinə sərt etiraz etdi. Bu vəziyyətdə Conson bu məsələnin parlamentdə müzakirəsinin uğursuzluğa səbəb olacağını anladı, çünki parlamentdə çoxluğu itirə bilərdi. Ona görə də Conson ən radikal qərarı qəbul etdi və parlamenti buraxmaq üçün Kraliçaya müraciət etdi.

Kraliça hə dedi, amma...

boris johnson elizabeth ile ilgili görsel sonucu

29 avqustda Bakhingemdə Kraliça Elizabetin qəbuluna gedən Conson muxaliflərə ilk zərbəni vurdu və Parlamenti müvəqqəti buraxmaq üçün Kraliçadan formal icazə aldı. Conson bu icazə ilə Brexit məsələsində “əl-ayağına dolaşan” parlamenti “zərərsizləşdirdi”. Ancaq Consonun parlamenti buraxmaq müraciəti həm parlamentdə, həm də meydanda ciddi etirazlarla qarşılandı. Parlamentdə "Brexit"in qatı tərəfdarları belə artıq, Consona qarşı gəldi və müxaliflərlə həmrəy oldu.

Nəticədə 3 sentyabrda müxaliflər əks hücuma keçərək parlamentdə gündəmi dəyişdirməyi bacardılar. Leyboristlər və Liberal Demokratların təziqi ilə parlament “Razılaşmasız Brexit”i gündəminə gətirdi və məsələ səsə qoyuldu. Seçkinin nəticəsi Conson üçün “fiyasko”ya çevrildi. Parlament onun planlarının üstündən xətt çəkdi, Consonun “Razılaşmasız Brexit” ideyasına veto qoyuldu.

Conson 3 sentyabrda parlamentdə ağır zərbə aldı, lakin bu hələ onun tam məğlubiyyəti anlamına gəlmir. 31 oktyabra qədər "Brexit" prosesini tamamlamağı hədəfləyən Conson vəziyyətdən çıxış yolu olaraq erkən seçimi gördü. 2017-ci ildə keçirilən seçkilərdə partiyasının 36 % səslə qalib gəlməsinə arxalanan Conson muxalifəti erkən seçimlə hədələdi. Lakin Consonun burda da əli o qədərdə güclü deyil. Belə ki, Britaniyada erkən seçimlərin keçirilməsi üçün parlamentdə deputatların 3\2-nin buna müsbət səs verməsi vacibdir. Parlamentdə isə çoxluq muxaliflərin əlindədir. (Hazırda Brtitaniya parlamentinin nümayəndələr palatasında vəizyyət belədir: Muhafizəkarlar - 289, Leyboristlər - 245, Bitərəflər – 36, Şotland Milli Partiyası - 35, Liberal Demokratlar - 15 və s.)

great britain parliament ile ilgili görsel sonucu

Əgər bu gün Razılaşmalı Brexit tərəfdarlarının parlamentə təqdim etdiyi qanun parlamentdən keçərsə "Brexit" prosesi 2020-ə qədər uzana bilər. Və bu əslində Consonun əsas vədini reallaşdıra bilməməsi və bəlkə də “Brexit qasırğası"nın növbəti qurbanına çevrilməsi mənasına gəlir.

"Razılaşmalı Brexit" Conson üçün fəlakət deyil, əksinə məqsəddir

"Razılaşmalı Brexit" isə Conson üçün fəlakət deyil, əksinə məqsəddir. Conson bütün bu oyunları Avropa üçün oynayır. "Razılaşmasız Brexit" mahiyyət üzrə bir diplomatik blefdir. Yəni, Britaniya Avropalı dostlarını özünə uyğun şərtlərlə ittifaqdan ayrılmağa razı salmağa məcbur edir. B.Conson parlamenti “Razılaşmasız Brexitə” razı salsa, 14-15 oktyabrda Avropa liderlərinin görüşünə “əli güclü” şəkildə gedəcək. O, avropalılara sübut etməyə çalışacaq ki, razılaşma olsa da, olmasa da Britaniya xalqı Avropadan ayrılacaq. Lakin bu “qumarı” oynamaq üçün əvvəlcə o, parlamentdə yenidən üstünlüyü ələ almalıdır. Bunun üçün isə erkən seçim zəruridir. Bu isə hazırda mühafizəkarlardan çox leyboristlərdən daha çox asılıdır.

 Conson çox ağıllı oyun oynayır, lakin düşündüklərini reallaşdırmaq üçün onda liderlik və uzaqgörənlik bacarıqları çatmır...

Politoloq və tədqiqatçı jurnalist: Nicat İsmayılov 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Hamısı