"İlham Əliyev kimin kim olmasını Paşinyanın üzünə dedi" İsrailli politoloq

Analitika 11:18 13.10.2019
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş nazirinə xatırlatdı ki, Ermənistanda Üçüncü Reyx rejiminin əlaltısı qəhrəman kimi qələmə verilir.
 
RİA Novosti yazır ki, iki ölkənin liderləri arasında bu mövzuda diskussiya oktyabrın 11-də MDB ölkələrinin dövlət başçılarının zirvə görüşündə olub. İlham Əliyev qeyd edib ki, MDB ölkələrinin rəhbərləri Adolf Hitlerin əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsinə dəfələrlə etirazlarını bildiriblər. O xatırladıb ki, Yerevanda məşhur millətçi Qaregin Njdeyə heykəl qoyulub.
 
Azərbaycan Prezidenti vurğulayıb: “Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub.
 
...Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.
 
İlham Əliyev Rusiya Xarici İşlər Nazirliyinin məruzəsindən də sitat gətirib. Həmin sənəddə Njdenin nasistlərlə əlbir olması və onun sovet hakimiyyəti orqanları tərəfindən həbsə alınması təsdiqlənir.
 
Eurasia Diary xəbər verir ki, Beynəlxalq münasibətlər sahəsində israilli ekspert, ictimai xadim, “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut AZƏRTAC-a müsahibəsində deyib:
 
“Hesab edirəm ki, İlham Əliyev öz ölkəsinin əsl lideri kimi hərəkət etdi, MDB ölkələrinin bütün prezidentləri arasında birinci olaraq məhz İlham Əliyev Ermənistanın baş nazirinin üzünə dedi ki, Ermənistanda artıq neçə ildir faşist və antisemit Qaregin Njdeni qəhrəman kimi qələmə verməklə məşğuldurlar”.
 
İsrailli ekspertin sözlərinə görə, heç kəs xalqların öz tarixini, tarixi keçmişini şərh etmək və öz milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək kimi suveren hüquqlarına müdaxilə etmir:
 
“Lakin biz susmamalıyıq. Prezident İlham Əliyevin MDB zirvə görüşündə əsl həqiqəti deməkdən özünü saxlaya bilmədiyi kimi. Dəhşətli Holokost cinayətlərində əli olan insanlar milli qəhrəmanlar kimi qələmə veriləndə biz susmamalıyıq.
 
Üç il bundan əvvəl Yerevanda nasistlərin əlaltısı, faşist və antisemit Qaregin Njdeyə heykəl qoyulmasına biz, israillilər necə münasibət bildirməliyik? Ölkə bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilmiş faşist canisini özünün qəhrəmanı adlandıra bilərmi? Erməni faşist və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıqdır. Bu, Holokost qurbanlarının xatirəsinin təhqir edilməsi deməkdir. Şəxsən mənim üçün, babasının ailəsinin bütün üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilmiş bir insan üçün bu, dözülməz ürəkağrısıdır”.
 
Qutun sözlərinə görə, XX əsrin sonu – XXI əsrin əvvəlində minlərlə insanın kütləvi şəkildə məhv edilməsi və qətlə yetirilməsi bütün mənəvi, əxlaqi, siyasi kolliziyaların mənbəyi olub, bütün başqa problemləri üstələyib. Holokost yəhudi xalqı üçün dəhşətli və dözülməz sözdür. Bu, vəhşiləşmiş və quduzlaşmış faşist rejimi tərəfindən yəhudi xalqına iztirablar, onun alçaldılması, təhqir edilməsi, vəhşilik, barbarlıq, bu xalqın kütləvi şəkildə məhv edilməsidir. Azərbaycan Prezidenti haqlı olaraq Njdeni faşist və Hitlerin əlaltısı adlandırdığı halda Ermənistanın baş naziri onu Ermənistanın qəhrəmanı adlandırır.
 
Nasist Almaniyası tərəfindən törədilmiş dəhşətlər barədə öz gənclərinə səylə xəbərdarlıq edən müasir Almaniyadan fərqli olaraq, bütövlükdə müasir Ermənistan cəmiyyətinin böyük qüsuru ondan ibarətdir ki, orada Dro və Njde kimi erməni faşistlərin şəxsiyyətinə pərəstiş təbliğ edilir:
 
“Onların şərəfinə sikkələr zərb edilir, onlara abidələr ucaldılır, onların həyat və fəaliyyəti barədə filmlər çəkilir, guya onlar əsl xalq qəhrəmanlarıdır. Mən baş nazir Paşinyana xatırlatmaq istəyirəm ki, İkinci Dünya müharibəsi dövründə nasist Vermaxtın 20 minlik erməni legionunun törətdiyi qəddarlığı tarix heç vaxt unutmayacaq. Məhz erməni faşist komandiri general Dronun və Njdenin rəhbərliyi ilə ermənilər minlərlə yəhudiyə qarşı ölüm marşlarında və onların məhv olunmasında iştirak ediblər”.
 
İsrailli ekspert bir məlum faktı da vurğulayır ki, İkinci Dünya müharibəsində qələbə qazanılmasında Azərbaycan nefti çox böyük rol oynayıb:
 
“Azərbaycan xalqı İkinci Dünya müharibəsində qələbə naminə və faşizm üzərində qələbə qazanılmasına böyük töhfə verib. Bu müharibədə əksəriyyəti yəhudilər olan çoxsaylı qaçqınlar və məcburi köçkünlər Azərbaycanda sığınacaq, sonra isə Vətən tapıblar. Onların arasında mənim ailəmin üzvləri də olub. Onlar Azərbaycan xalqının humanistliyi və tolerantlığı sayəsində xilas olublar”.
 
Arye Qut vurğulayır ki, “Sadıqaşvili” ləqəbli azərbaycanlı kəşfiyyatçı Həmzə Cümşüd oğlu Sadıqovun göstərdiyi qəhrəmanlığı nümunə kimi xüsusi qeyd etmək lazımdır. O, Stalinqrad ətrafında sovet hərbi kəşfiyyat dəstəsinin heyətində Hitlerin ən yaxın məsləkdaşı, xüsusi qəddarlığı ilə fərqlənən və yəhudi uşaqlarını şəxsən məhv etmiş general İohann fon Roddenburqu əsir götürüb:
 
“İnsan libasında olan bu vəhşini Hitlerin “bioloji bombasının atası” adlandırırdılar. O, yəhudi uşaqları üzərində eksperimentlər aparırdı. Məhz azərbaycanlı Həmzə Sadıqov yəhudi uşaqların xilaskarı oldu, onun cəsarəti və igidliyi sayəsində onlarca yəhudi ailəsi ölümdən qurtuldu. Uzun illər boyu Sadıqovun adı unudulmuşdu. Tarix dərsliklərində onun adına rast gəlmək olmurdu. Memuar ədəbiyyatında nadir hallarda xatırlanırdı və praktiki olaraq, heç kəs onun barəsində bilmirdi. Bu gün arxivlərin çoxu açılıb və az qala unudulmuş adlar açıqlanıb. Bu şəraitdə Həmzə Cümşüd oğlu Sadıqovun adı da yenidən bizimlə yanaşı çəkilir.
 
Həmzə Sadıqov Azərbaycana, doğma Ağdam rayonuna qəhrəman kimi qayıdıb. Hazırda bu qəhrəmanın məzarı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisindədir. Ürəkağrısı ilə düşünürsən ki, yəhudi uşaqlarını faşistlərdən xilas etmiş qəhrəman özü erməni faşistlərinin tapdağı altındadır. Bunlar alman faşistlərindən heç nə ilə fərqlənmir. Azərbaycanın Xocalı şəhərində və yaxınlıqda yerləşən digər işğal edilmiş Azərbaycan rayonlarında uşaqları qətlə yetiriblər. Sadıqovun məzarı məsələsinə gəldikdə isə, bizdə olan məlumata görə, erməni vandallar bu qəhrəmanın məzarını dağıdıblar”.
 
MDB ölkələrinin dövlət başçılarının sammitində Azərbaycan Prezidentinin Ermənistanda faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi barədə dedikləri real faktdır. İlham Əliyev diplomatik ustalıq göstərdi və kimin kim olmasını Paşinyanın üzünə dedi.
 
“Bu gün artıq sirr deyil ki, Ermənistanda faşizm ideologiyası dövlət səviyyəsində təbliğ edilir, faşist Almaniyası ilə sız əməkdaşlıq etmiş erməni faşistlər və nasistlər qəhrəmanlar kimi qələmə verilir, onlara abidələr ucaldılır, küçələrə, meydanlara, tədris müəssisələrinə, strateji mərkəzlərə onların adları verilir. Cənubi Qafqazın bu ölkəsində faşizmin, antisemitizmin və terrorizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Ən dəhşətlisi və hiddətləndiricisi odur ki, “Njdeizm” adlı faşist ideologiyası Ermənistanda tədris müəssisələrinin proqramına daxil edilib və gənc nəsil bu “dəyərlər” ruhunda tərbiyə edilir”, - eskpert bildirib.
 
“Yerevanda nasistlərin əlaltısı, faşist və antisemit Qaregin Njdeyə heykəl qoyulmasına biz necə münasibət bildirməliyik? Ölkə bəşəriyyət əleyhinə cinayət törətməkdə ittiham edilmiş faşist canini öz qəhrəmanı adlandıra bilərmi?
 
Erməni faşist və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıq və Holokost qurbanlarının xatirəsinin təhqir edilməsi deməkdir. Şəxsən mənim üçün, babasının ailəsinin bütün üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilmiş bir insan üçün bu, dözülməz ürəkağrısıdır. Məhz bu səbəbdən mənim üçün bu, həm də şəxsi faciədir”, - o əlavə edib.
 
İsrailli ekspert qeyd edir ki, müasir Ermənistanın bu siyasətini gec işə düşən bomba adlandırmaq olar, çünki belə ideologiya əsasında böyüyən gənclər gələcəkdə faşizm və terrorizm işini davam etdirəcəklər. Ermənistan hökumətinin maliyyə dəstəyi ilə “Qaregin Njde və onun təlimi” adlı kitab nəşr edilib, onun haqqında film çəkilməsi bir neçə milyon ABŞ dollarına başa gəlib. Görün, Ermənistanda ABŞ-ın və Rusiyanın maliyyə yardımını nəyə xərcləyirlər – nasizmin, faşizmin və terrorizmin populyarlaşdırılmasına. Ermənistanın bu cür dövlət siyasəti İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlar, xüsusən faşizm üzərində Qələbənin qazanılmasında müstəsna xidmətləri olmuş keçmiş SSRİ vətəndaşlarına hədsiz hörmətsizlik nümunəsidir. Arye Qut ritorik sual verir: “Yəni doğrudanmı ermənilərin faşist Njde və Drodan başqa qəhrəmanları olmayıb?”
Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə

Xəbər xətti

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
09:00 19.03.2024
Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
06:58 19.03.2024
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
03:30 19.03.2024
Göyçayda kənd yolu əsaslı təmir olunub
02:29 19.03.2024
Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib
01:00 19.03.2024
Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərdi
00:11 19.03.2024
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
23:45 18.03.2024
Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq
23:24 18.03.2024
Attraksionlara nəzarət gücləndirildi
23:00 18.03.2024
İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü
22:38 18.03.2024
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
22:22 18.03.2024
"Neftçi" - "Spartak" matçının biletləri satışda
22:00 18.03.2024
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
21:47 18.03.2024
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
21:39 18.03.2024
"Qarabağ"ın baş məşqçisi cəzalandırılıb
21:22 18.03.2024
Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib
21:00 18.03.2024
Bakı Dəmiryol Vağzalında dəmiryolçular üçün göz müayinəsi aksiyası təşkil edilib
20:44 18.03.2024
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
20:22 18.03.2024
Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
19:57 18.03.2024
Hikmət Hacıyev: “Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”
19:54 18.03.2024
Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub
19:50 18.03.2024
Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ
19:39 18.03.2024
Fransada fermerlər hökumət binaları qarşısına təkər yığıblar
19:20 18.03.2024
Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
19:04 18.03.2024
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin sayı ARTIRILIB
19:00 18.03.2024
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
18:40 18.03.2024
RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq
18:20 18.03.2024
Azərbaycan Premyer Liqasının klubları cərimələnib
18:08 18.03.2024
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
18:00 18.03.2024
Məşhur aktyor Afrikada şəhər tikəcək
Məşhur aktyor Afrikada şəhər tikəcək
17:45 18.03.2024
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
17:35 18.03.2024
Şimali Koreyanın növbəti lideri bəlli olub
Şimali Koreyanın növbəti lideri bəlli olub
17:30 18.03.2024
Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları YARADILACAQ
17:26 18.03.2024
Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə
17:21 18.03.2024
YAP maliyyə hesabatını MSK-ya təqdim edəcək
17:19 18.03.2024
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
17:15 18.03.2024
Ceyhun Bayramov Türkiyəni təbrik etdi
17:08 18.03.2024
“Azərbaycan Qarabağdakı yenidənqurma işləri ilə dünyaya nümunə olacaq” – Məhəmməd Yunus
17:00 18.03.2024
Hamısı