"Azərbaycana qarşı "nota" verilə bilər" Səs yazısı diplomatik qalmaqala çevrilir?

Analitika 16:04 21.10.2019

Xəbər verdiyimiz kimi ptən gün Real Tv-də yayımlanan "Mirşahinin Vaxtı" verlişində Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin dünən Bakıda keçirilən razılaşdırılmamış aksiyadan sonra ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Uilliam Solly ilə danışığının audio yazısı yayılıb.

G.Hacıbəyli səs yazısında evində internet kəsildiyi üçün yaza bilmədiyini qeyd edir, aksiya ilə bağlı məlumat verir.

Proqramda, həmçinin, G.Hacıbəylinin Avropa İttifaqının siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Denis Daniilidis ilə görüşünün audioyazısı yayılıb.

Beynəlxalq hüquq üzrə ekspert, prof. Fərhad Mehdiyev Eurasia Diary-ə verdiyi açıqlamada bu hadisəni şərh edib:

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor, takım elbise

"1961-cı il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 3-cü maddəsinin “D” bəndinə görə, diplomatik nümayəndə olduğu ölkədə bütün qanuni yollarla məlumat toplayıb onu göndərən dövlətə ötürə bilər, o cümlədən daxili siyasət barəsində. Gültəkin Hacıbəyli o məlumatları könüllü sürətdə verib. Orada heç bir qanunsuzluq yoxdur. Eyni Konvensiyanın 27-ci maddəsinə görə, Qəbul Edən Dövlət (yəni biz), diplomatik nümayəndənin sərbəst kommunikasiya hüququnu tanımalı və qorumalıdır. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəsmisi ilə olan söhbət siyasi məsələlər barəsində olsa da, Aİ ilə Azərbaycan arasındakı münasibətlər, demokratikləşmə və hüququn üstünlüyü komponentlərini ehtiva etdiyinə görə, bu barədə Aİ məlumat toplaya bilər. Bu addım Aİ və ABŞ-ın Azərbaycana rəsmi "nota" verməsinə səbəb ola bilər".

Mövzu ilə əlaqədar politoloq Şahin Cəfərli isə öz "facebook" hesabında ətraflı şərh verib:

Şahin Cəfərli ile ilgili görsel sonucu

"Diplomatların, biznes nümayəndələrinin və fəaliyyət sferası əhəmiyyət kəsb edən digər əcnəbilərin çalışdıqları, səfər etdikləri ölkələrdə dinlənilməsi, izlənilməsi kəşfiyyat xidmətlərinin rutin fəaliyyətlərindən biridir. Amma bu dinləmələrə dair səs yazılarının və izlənmə barədə agent raportlarının mediaya ötürülməsi nadir rast gəlinən hadisədir.

Məntiqi sual yaranır: Müxalifət nümayəndəsi ilə xarici diplomatların telefon danışıqlarını TV kanalına ötürən çevrə(lər) nəyi hədəfləyir və nəyə nail olmaq istəyir?

Əvvəla, açıqlanan səs yazısında qeyri-adi nəsə yoxdur, G.Hacıbəyli hamıya məlum olan hadisə barədə diplomatları bilgiləndirir. Bunun əsasında müxalifət hansısa gizli, qanunsuz əməldə ittiham edilə bilməz.

İkincisi, səs yazısında xarici dairələrin Azərbaycanda hansısa gizli fəaliyyəti və ya məxfi planı ifşa olunmur. Ölkədəki vəziyyət, insan haqlarının durumu barədə müntəzəm məlumat toplayan diplomatlar növbəti faktı öyrənirlər, qeydə alırlar. Bu, onların yerli hökumətin də bildiyi leqal fəaliyyət istiqamətlərindən biridir.

Yəni telefon danışığının tərəflərinin hər hansı qanunsuz, kriminal fəaliyyətindən bəhs etmək mümkün deyil.

Qalır üçüncü tərəf: dinləməni həyata keçirən və bunu mediaya ötürənlər. Hər şeydən əvvəl bu addım Diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına ziddir. Diplomatik nümayəndəliklərin və diplomatların toxunulmazlığına təminat verən bu sənədə əsasən diplomatların dinlənilməsi, diplomatik poçtun açılması, dipkuryerlərin saxlanılıb yoxlanılması qadağandır.

İndi bu Konvensiyanın Azərbaycan tərəfindən pozulması göz önündədir. Bunu planlaşdırıb həyata keçirənlərin əməlindən zərər çəkən yeganə tərəf də Azərbaycan hakimiyyəti və dövlətidir. Həmin diplomatların hökumətləri yəqin ki, bu hadisə barədə izahat istəyəcəklər.

Digər tərəfdən, bu əməl Azərbaycanın dövlət olaraq təhlükəsizlik maraqlarına da zərbədir. Düzdür, xarici diplomatlar dinlədildiklərini bildikləri üçün telefon danışıqlarında adətən ehtiyatı əldən buraxmırlar. Amma bu hadisədən sonra onlar (eləcə də diplomat olmayan, amma fəaliyyətləri önəm daşıyan əcnəbilər) yəqin ki, maksimum ehtiyatlı olacaqlar və istər telefon danışıqlarında, istərsə də qapalı məkanlardakı (restoran, mehmanxana və s.) görüşlərində Azərbaycanın dövlət maraqları baxımından kiçicik də olsa, əhəmiyyət kəsb edə biləcək hər hansı informasiya sızıntısına yol verməyəcəklər.

Ümumən son günlər baş verən hadisələr – əsas müxalifət lideri Əli Kərimlinin və tanınmış müxalifətçi Tofiq Yaqublunun döyülməsi düşünməyə əsas verir ki, sanki hakimiyyət daxilindəki qruplardan biri digərini Qərbin gözündə tamamilə diskreditasiya edib, onu sanksiya siyahılarına doğru itələmək istəyir".

Nicat İsmayılov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Hamısı