Türk Hava Qüvvələri Həftara göz açdırmayacaq Generallarla MÜSAHİBƏ – EKSKLÜZİV

Analitika 14:50 17.01.2020

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2019-cu ilin yekunlarını dəyərləndirmək üçün təşkil edilən toplantıda çıxış edib. Çıxışında çox vacib məsələlərə aydınlıq gətirən Ərdoğan Türk ordusunun ən qısa zamanda Liviyakı leqal, legitim hökumət olaraq tanınan Milli Konvensiya Hökumətini general Həftarın hücumlarına qarşı qorumaq üçün Liviyaya göndəriləcəyini bildirib.

erdoğan 2019 değerlendirme ile ilgili görsel sonucu

Qeyd edək ki, 2 yanvar tarixində Türkiyə Böyük Millət Məclisində ordunun Liviyaya yollanması təklifi səsə qoyulub və 325 səslə qəbul edilib.

Lakin Türkiyə mediasında günlərdir silahlı qüvvələrin Liviyaya göndərilməsi qərarı müzakirə edilir. Bu mövzuda türk ictimaiyyəti ikiyə bölünüb: Bir qisim ordunun Liviya çöllərində bir çox təhlükələrlə qarşı-qarşıya qalacağını, itkilərin böyük ola biləcəyini proqnozlaşdırır və Liviyaya əsgər göndərmək qərarına etiraz edir. Digər qisimsə (çoxluğu təşkil edən qisim) Liviyaya ordu göndərilməsi qərarını “Mavi Vətən” adlandırılan Aralıq dənizində Türkiyənin haqlarını qorumaq üçün atılmış zəruri addım kimi qiymətləndirir.

Beləliklə, mövzunu uzun illər türk ordusunda xidmət etmiş iki general-mayorla müzakirə etdik.

Uzun illər türk ordusunda xidmət etmiş, təqaüddə olan general-mayor Əhməd Yavuz Paşa Eurasia Diary-ə verdiyi eksklüziv müsahibədə Türkiyənin Liviyaya ordu göndərməsinin milli maraqların müdafiəsi naminə gərəkli olduğunu və bunu zəruri edən səbəblərin olduğunu qeyd edib:

ahmet yavuz paşa ile ilgili görsel sonucu

“Ordunu Liviya göndərməyin arxasında bir sıra önəmli səbəblər durur. Əsas faktor, Sərrac rəhbərliyindəki Milli Konvensiya Hökuməti ilə imzalanan dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə əlaqədar razılaşmanın həyata keçirilməsini təmin etmək məqsədidir. Həqiqətən də Sərrac hökuməti Liviyadakı vətəndaş müharibəsində Həftar qüvvələrinə məğlub olarsa sözügedən razılaşma cırılıb zibil qutusuna atılacaq. Digər bir vacib səbəb isə hərbi meydanda olmağın siyasi avantaja çevrilməsinin hədəflənməsi ilə bağlıdır. Belə ki, Türkiyənin uğurlu Liviya müdaxiləsi onun neftdən asılılığını azaldacaq, ona alternativ və ucuz enerji bazarı qazandıracaq”.

Ə.Yavuz Paşa Liviyaya qoşun göndərmənin zəruri olduğunu əsaslandırsa da Türkiyənin bu addımının bir sıra hərbi-siyasi risklər doğuracağını bildirib:

“Türkiyənin üzləşə biləcəyi hərbi-siyasi riskləri belə qruplaşdırmaq olar:

1. Türkiyənin Liviyada dəstəklədiyi Sərrac hökuməti Həftara məğlub ola bilər ki, bu eyni zamanda Türkiyənin məğlubiyyəti olacaq. Hökumətin ordunu tez bir zamanda Liviyaya göndərmək istəməsi də bu riski aradan qaldırmaqla bağlıdır. Ordumuz Tripoli ətrafından Həftar qüvvələrini püskürtsə bu risk aradan qaldırılacaq.

2. Planlaşdırılmamış və gözlənilməz isti toqquşmalar da bir sıra risklər doğura bilər. Bu risk daha çox hərbi hava qüvvələrimizin münaqişə meydanındakı quru qoşunlarına verdiyi hava dəstəyinin kəsilməsi ilə bağlıdır. Prezident Ərdoğanın bir müddət əvvəl Tunisə etdiyi rəsmi səfər də bu risklə əlaqədar idi. Tunisdə bir hərbi bazamızın olması ordumuz, xüsusən hava qüvvələrimiz üçün Liviyadakı əməliyyatlarda böyük üstünlük qazandıracaqdı. Lakin görünür, Liviya ilə həmsərhəd Tunis bu təklifi qəbul etməyib ...

3. Liviyanın parçalanması da Türkiyə üçün risk təşkil edir. Çünki belə bir ehtimal baş tutarsa Türkiyənin Liviya ilə dəniz sərhəddi Həftar rejiminin nəzarətinə keçə bilər.

4. Əsas risklərdən biri də ehtimalı az da olsa regional bir münaqişənin baş verməsidir. Türkiyə hazırda İraqda, Kiprdə, Suriyada ordu böyüklüyündə hərbi qüvvələr yerləşdirib. Daxili təhlükəsizliyi ilə bağlı hərbi əməliyyatlar da davam edir. Şərqi Aralıq Donanması hazır və güclüdür. Tripolini müdafiə etmək üçün ilkin olaraq bir hərbi briqada göndəriləcək. Sonralar daha artıq hərbi qüvvə lazım ola bilər. Bu qədər hərbi dağınıqlıq regional bir münaqişə ehtimalında daha böyük risklər doğurur. Egey dənizində gözlənilməz toqquşmalar ordu gücünün daha çox bu istiqamətə yönəlməsinə səbəb ola bilər, bu isə tələdir”.

“Bütün bu risklərin gerçəkləşməməsini ümid etməklə birlikdə, türk ordusunun girdiyi bu yolda müzəffər olacağına inamım tamdır” – deyə, general-mayor əlavə edib.

Əhməd Yavuz Paşanın bəhs etdiyi risklər arasında ən çox diqqətimizi çəkən və ciddi fəsadlara səbəb olacaq risk türk qoşunlarının hava dəstəyindən məhrum olması ehtimalı oldu.

Bu riski uzun illər Türkiyənin Hərbi Hava Qüvvələrində hərbi pliot olaraq xidmət edən, təqaüddə olan general-mayor Bəyazid Qarataş Eurasia Diary üçün təhlil edib:

beyazıt karataş paşa ile ilgili görsel sonucu

Türk Hava Qüvvələri yetəri qədər təcrübəli pilot və hərbi təyyarə sayına, həmçinin buna uyğun hərbi ləvazimata sahibdir. Əməliyyata gediş-qayıdış üçün “havada yanacaqdoldurma” sistemləri hava qüvvələrimizin sərəncamındadır. Bu detallar hava qüvvələrimizə Liviya sərhədlərində hər hansısa hərbi bazaya malik olmadan verilən tapşırıqları maksimum dəqiqliklə icra etmək imkanı yaradır.

“Türkiyə Hava Qüvvələri mərkəzdən verilən əmrlər əsasında Liviyadakı obyekləri bombalamaq, havadan gələcək hücumları əngəlləmək və dəniz konvoyunu qoruma da daxil olmaqla bütün tapşırıqları uğurla yerinə yetirmək gücündədir. Türk şahinləri sıx hərəkət edən Həftar qüvvələrini rahat bir şəkildə vura bilər. Məncə, bunları artıq Türkiyə yox, atəşkəs istəməyən Həftar düşünməlidir!”

Nicat İSMAYILOV


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
Hamısı