"Xatırlamaq çətindir" Xocalıdakı qətliama şahid olan hərbi jurnalist

Analitika 21:59 25.02.2020

Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ bölgəsi üzərində Azərbaycanla Ermənistan arasında hələ də davam edən etnik və ərazi münaqişəsinin başlamasından təxminən 30 ildən artıq zaman keçir. Dağlıq Qarabağ müharibəsində  minlərlə azərbaycanlıların, o cümlədən uşaqların, qadınların, kişilərin, qocaların və əsgərlərin günahsızca qurban getməsini dilə gətirmək heç də asan deyil. Oradakı hadisələrin hər birində kədərləndirici anlar yer alır. Ən müsibəti isə, müharibə zamanı orada yaşayan dinc əhalinin öz qədim torpaqlarından didərgin salınması, minlərlə ev, məktəb, uşaq bağçası və inzibati binaların qəsdən yandırılıb yerlə yeksan edilməsi idi. 

Qarabağ müharibəsi zamanı həm mülki şəxslər, həm də əsgərlər ardı kəsilməyən mərmi və top atəşlərinin qurbanı oldular. O müharibədə demək olar ki, bütün azərbaycanlılar Qarabağın xilası üçün canlarını fəda edirdilər. Qurbanlar arasında Azərbaycan əsgərləri ilə çiyin-çiyinə xidmət edən hərbi jurnalistlərin də rolu əvəzsiz idi. Bəzən bir çox çətinlik və risklərlə üzləşdikdə bu onlara həyatları bahasına başa gəlirdi. Bu gün onların sayəsində Qarabağ müharibəsi və Xocalı soyqırımı ilə bağlı kifayət qədər sənədli dəlillərimiz mövcuddur. Bəziləri, hətta o dəhşətli gecənin atəş və fəryad səslərinin hələ də qulaqlarında səsləndiyini söyləyirlər.

"O dəhşətli gecəni izləyərək lentə almaq bir çoxumuzda dərin izlər buraxdı. Bunu xatırlamaq çətindir ..." deyə həmin dəhşətə şahid olan hərbi journalist İrfan Sapmaz Eurasy Diary-yə kədərlə danışdı.

"Qucağında körpəsini daşıyan bir qadını gördüm. Körpə ölmüşdü. Ölən körpənin rəngi tamamən solmuşdu, ancaq qadın körpəsinin öldüyünə inanmırdı. O, şokda idi... Bu fotoşəkil mənə çox təsir etdi. Bütün bədənimdə boşluq hiss etdim. "

"Bir jurnalist olaraq Xocalı qırğınını dünyaya çatdırmaq mənim üçün çox ağır idi. Şuşada olduğum zaman ermənilər Qarabağı artıq işğal etməyə başlamışdı. Öncə Şuşadakı qarşıdurmaları izlədim, sonra Ağdam bölgəsinə getdim. Ağdama çatanda mənə Xocalıda qırğın olduğunu söylədilər. Dərhal dostumuz Ağası Hunla birlikdə Xocalıya tərəf getdik. Əsgəran təpəsi adlanan yerə gəldik. Bura gedə biləcəyimiz son yer idi. Sadəcə aşağıda Xocalı görünürdü," deyə İrfan Sapmaz əlavə etdi.

Rusiya ordusunun 366-cı motoatıcı alayı ilə erməni qoşunları fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərinə girdilər və Xocalıda qırğın o dəhşətli gecədə başladı.

"O gecə şəhərə girə bilmədik. Yalnız səhər açılanda dəhşətli bir mənzərənin şahidi olduq. Səhəri gün Əsgəran təpəsinə gələ bildik. Burada yerli sakinlərin qaçmağa çalışdıqlarını gördük. Bu indiyə qədər görmədiyimiz qırğından da dəhşətli bir soyqırım faciəsi idi."

İrfan Sapmaz o zaman Azərbaycanın mükəmməl təlim görmüş bir ordusunun olmadığını qeyd etdi. Sovet rejimində Azərbaycanda, Özbəkistanda və Türkmənistanda yaşayan türklərə xüsusi hərbi təlim keçirilməməsi səbəbindən Qarabağ müharibəsində son dərəcə təcrübəsiz olduqlarını söylədi. Onun sözlərinə görə, azərbaycanlı əsgərlər strateji əhəmiyyətli yerlərdə düzgün silahlanmamışdı. Buna görə Qarabağda müharibə başlayanda Azərbaycan ordusu buna hazır deyildi.

"Xocalı qətliamı başlayanda əsgərlər yalnız evlərindən topladıqları ov tüfəngləri və bir neçə kalaşnikovla düşməndən müdafiə olunurdu. Erməni qoşunları 26 fevral 1992-ci ildə səhər tezdən günahsız insanları öldürməyə başladılar və axşamadək qırğın davam etdi. Həmin terrordan sonra bir çox foto və videolar çəkdik ".

"Axşam atışma o qədər şiddətli oldu ki, bəzən yaralananlara müdaxilə etməli olduq. 26 fevral 1992-ci ildə Bakıya gələndə İstanbula qayıtmaq üçün yalnız bir təyyarə var idi. Bütün foto və videoları özümlə apardım. Bir dənə də olsun təyyarədə yer qalmamışdı. Bakı Hava Limanına cavabdeh olan dostumuz Cümşid Nuriyevə "Əlimdə Xocalı qətliamının foto və videoları var" dedikdə dərhal məni digər sərnişinlərdən biri ilə əvəz etdilər. Fevralın 26-na keçən gecə İstanbula gəldim. İstanbul hava limanına enəndə üstümü tamamən palçıq və yaralananların qanına bulaşmış gördüm. "

Jurnalist İrfan Sapmaz o zamanın texnologiyasının bugünkü qədər əlverişli olmadığını dedi. Bəzən bir fotoşəkil hazırlamaq üçün bir gün və daha artıq zaman sərf etdiyini və müharibə yerindən video və fotoşəkilləri göndərmək üçün indiki texnologiya mövcud olmadığını vurğuladı.

"Fotoları slayd filmlərlə çəkirdik. O dövrdəki texnologiya ilə şəkilləri və fotoları oradan göndərmək şansımız yox idi. Fotoşəkillər "Hürriyət"qəzetinin redaksiyasında yuyuldu və sonra Xocalı soyqırımını Hürriyyətin 27 fevral buraxılışında dünyaya tanıda bildik. 28 fevral 1992-ci ildə "Hürriyət" qəzetinin ilk səhifəsi Xocalı soyqırımının xəbərləri və yazıları ilə əhatə olundu. Qəzetin 3 və 4-cü səhifəsi yalnız Xocalı qətliamına həsr olunmuşdu. O zaman yalnız bir televiziya kanalı var idi, o da TRT kanalı idi. Biz xarici müxbir qismində TRT ilə əməkdaşlıq edirdik. Bütün materialları milli zəmində baş verən hadisə olduğu üçün dərhal TRT-yə göndərdik və bununla da həmin dəhşətli anların foto və video görüntüləri dünyaya yayımladı. "

Bir neçə gün sonra Xocalıda qurbanlarının sayı məlum oldu – rəsmi hesabata görə, Xocalıda ölənlərin sayı 116 qadın, 63 uşaq və 487 yaralı daxil olmaqla 613 nəfərdən çox olub. Bundan əlavə, ölənlər arasında 200-dən artıq dinc sakin xüsusi işgəncə ilə qətlə yetirilib, 8 ailə tamamən yox edilib və 25 uşaq hər iki valideynlərini itirərək yetim qalıb. 

Hərbi jurnalist İrfan Sapmaz Xocalıdan sonra heç bir zaman belə bir qətlə şahid olmadığını deyir və həmin günü hələ də xatırladığını bildirir.

"Körpəsinin qucağında öldüyünə inana bilməyən qadın, yaralanan yaxınlarını xilas etmək üçün palçıq və qar içində sürünənlər, mülki şəxsləri tüfəng və bir neçə kalaşnikov ilə qorumağa çalışan Azərbaycan Türk əsgərləri... - hamısını bir-bir xatırlayıram. 30 ildir hərbi jurnalist kimi çalışıram və bunca zaman ərzində bir çox müharibələr izlədim. Lakin həmin anlar hələ də gözlərimin önündə canlanır və bəzən hisslərimə belə hakim ola bilmirəm," deyən İrfan Sapmaz o günləri xatırlayarkən göz yaşlarına qərq oldu.

"Sonda Ağdamdan ayrıldıq və Əsgəran təpəsinə çatana qədər alovlu güllələr altında yeriməyə davam etdik. Bəzən palçıqda yerimək çox çətin idi. Bir yandan da sərt iqlim bədəndə olan enerjini tükəndirirdi. Hadisəni fevralın 26-da çəkdik və o dəhşətli hadisədən bir gün sonra İstanbula gəldik. Bütün olanlrı 28-də artıq mətbuatda dərc etdik. Bir həftə sonra yenidən Qarabağa geri döndüm. Dağlarda qar altında çox sayda insan cəsədləri var idi və onları geriyə, Azərbaycan tərəfə aparırdılar...

Elnur ƏNVƏROĞLU


İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
Hamısı