"Real"ın baş məşqçisi Zinəddin Zidan FİFA versiyası üzrə 2017-ci ilin ən yaxşı məşqçisi seçilib.
O, bu ad uğrunda mübarizədə "Çelsi"nin baş məşqçisi Antonio Konte və "Yuventus"un çalışdırıcısı Massimiliano Alleqrini qabaqlayıb.
Londonda keçirilən mərasimdə ona mükafatı 2016-cı ilin ən yaxşı məşqçisi seçilmiş Klaudio Ranyeri təqdim edib.
"Real" 2017-ci ildə Zidanın rəhbərliyi altında İspaniya çempionatı, Çempionlar Liqası, UEFA Superkuboku və İspaniya Superkubokunun qalibi olub.