Türkiyənin “Beşiktaş” klubunun azarkeşləri “Qarabağ” futbol klubunun oyunçusu Mahir Mədətova çağırış ediblər.
İnstaqramda Mahir Mədətovun paylaşdığı şəklin altına şərh yazan “Beşiktaş” azarkeşləri artıq dünyada trend olan “Come to “Beşiktaş” (“Beşiktaş”a gəl”) şüarı ilə çağırış edərək, oyunçunu “qara qartallar”ın heyətində görmək istədiklərini bildiriblər.
Azarkeşlər daha əvvəl sözügedən şüar ilə Kriştiano Ronaldo, Pepe (artıq “Beşiktaş”dadır), Dieqo Kosta, Xuan Mata kimi ulduzlara çağırış etmişdilər.
Qeyd edək ki, bir neçə gün əvvəl Mahir Mədətovun “Beşiktaş”a transfer olunacağı ilə bağlı xəbərlər yayılıb. “Qarabağ” klubu məlumatı təkzib edib. (Axar.az)