Bu il Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatının rəsmi himni təqdim edilib.
Mundiala həsr olunan himni amerikalı müğənni Ceyson Derulo ifa edib.
Qeyd edək ki, Derulo mahnını iyunun 14-də Moskvanın “Lujniki” stadionunda keçiriləcək Rusiya – Səudiyyə Ərəbistanı matçından əvvəl turnirin açılış mərasimində ifa edəcək.