"Barselona" "Qamper Kuboku"nda "Arsenal"ı qəbul edib.
Eurasia Diary xəbər verir ki, London təmsilçisi qarşılaşmada hesabı açsa da, sonda sevinən tərəf ispanlar olub.
"Barselona" (İspaniya) - "Arsenal" (İngiltərə) - 2:1
Qollar: Maytland-Nilz, 69 (avtoqol); Luis Suares, 90 - Obameyanq, 36
Beləliklə, "Qamper Kuboku" bu ildə də "Barselona"da qalır.
Qeyd edək ki, dünənki görüşü 98,812 nəfər azarkeşin izləyib. Belə ki, bu göstərici ümumilikdə "Kamp Nou" tarixinin ən yüksək üçüncü göstəricisi oldu.