Həbib Nurməhəmmədovdan məğlub etdiyi rəqibinə - BÖYÜK JEST | Eurasia Diary - ednews.net

19 Oktyabr, Şənbə


Həbib Nurməhəmmədovdan məğlub etdiyi rəqibinə - BÖYÜK JEST

İdman A- A A+

MMA üzrə yüngül çəki dərəcəsində UFC çempionu Həbib Nurməhəmmədov son döyüşdə məğlub etdiyi Dastin Poryenin xeyriyyə fonduna 100 min dollar köçürüb.

Eurasia Diary "apa"ya istinadən xəbər verir ki, rusiyalı idmançının bu addımı atmasını ABŞ döyüşçüsünün özü açıqlayıb.

D.Porye bildirib ki, H.Nurməhəmmədov bu məbləği “Good Fight Foundation”un hesabına köçürüb. Bu fond Uqandada içməli su quyusunun tikintisi ilə məşğuldur.

Qeyd edək ki, H.Nurməhəmmədov sentyabrın 7-də BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən UFC-242-də D.Poryeni 3-cü raundda məğlub edib

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...