Rusiya və Belarus təmsilçiləri bütün beynəlxalq boks yarışlarından kənarlaşdırıb.
Ednews xəbər verir ki, bu barədə Beynəlxalq Boks Assosiasiyasının (İBA) Direktorlar Şurasının iclasında qərar qəbul edilib.
Bildirilib ki, bu, təkcə idmançılara deyil, hakim və rəsmi şəxslərə də şamil olunub. Vaxt azlığı və hüququ baxımdan istisna ola biləcək hallarda onlar neytral statusla yarışlara qatılacaq.
Bu iki ölkədə keçirilməli olan bütün turnirlər də ləğv edilib. Qərarlar verildiyi andan qüvvəyə minib.