Türkiyənin Konya şəhərində bu gün start götürən V İslam Həmrəyliyi Oyunlarında ilk medalçılar bəlli olub.
Ednews xəbər verir ki, İslamiada qadınlar arasında trek velosipedi üzrə yarışla start götürüb.
10 km məsafəyə final mübarizəsində qazaxıstanlı Rinata Sultanova qızıl, malayziyalı Nur Asya Məhəmməd Zubir gümüş, özbəkistanlı Sofiya Kərimova bürünc medal qazanıb. Report.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Ayan Xankişiyeva isə 4-cü yeri tutub.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 200 idmançı yarışacaq.
Açılış mərasimi avqustun 9-da olacaq. Avqustun 18-dək davam edəcək İslamiadada Azərbaycanı ümumilikdə 281 idmançı təmsil edir. İslamiada avqustun 18-dək davam edəcək.