17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Ednews xəbər verir ki, yığmamız 2-ci turda Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Qrupun digər görüşündə Ukrayna Lixtenşteyn üzərində qələbə qazanıb (7:0).
Qeyd edək ki, U-17 millimiz ilk turda Ukraynaya 2:5 hesabı ilə uduzub.