Bu gün İspaniya Superkubokunda "El-Klassiko" oynanılacaq.
Ednews xəbər verir ki, turnirin finalında "Barselona" "Real"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"King Fahd İnternational Stadium"dakı qarşılaşmanı Rikardo de Burqos idarə edəcək.
Bu komandalar arasındakı son matçda Madrid təmsilçisi 3:1 hesablı qələbə qazanıb.