Azərbaycanın daha iki yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Ednews xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Nihad Məmişov 1/4 finalda Monqolustan təmsilçisi Tuquldur Çoijiljavı, 55 kq-dakı Mirxaliq İskəndərov isə serbiyalı Marko Yorgiçi üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.
Daha əvvəl 50 kq-da Məhəmməd Məmişov eyni nəticəni göstərib.